İdman
"Bizə Levandovski, Modest və Obameyanq kimi futbolçular lazımdır"
"Şalke"nin baş məşqçisi Markus Vayntsril yayda bir neçə yeni transfer istəyir. Almaniyalı mütəxəsis səviyyəli futbolçularla heyətin dərinliyini artırmaq fikrindədir. "Bu cür davam edə bilməz. Bir neçə futbolçunun sıradan çıxması səbəbindən komanda oyun fəlsəfəsindən qopmamalıdır. Heyəti gücləndirmək lazımdır. "Şalke"yə Levandovski, Antoni Modest və Obameyanq kimi futbolçular lazımdır".
"Qarabağ"sız Azərbaycan yığması
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Hazırlıq prosesində 24 futbolçu iştirak edəcək. Aprelin 2-də start götürəcək toplanış ayın 9-dək davam edəcək. Millinin hazırlıqları Bakıda gerçəkləşəcək.
Timati futbol klubu təsis etməyə hazırlaşır
Timati adı ilə tanınan musiqiçi Timur Yunusov Moskvada futbol klubu və agentliyi təsis etmək istəyir. Bu layihənin birinci ilinə 10 milyon rus rublu sərmayə qoymaq planlaşdırılır. 3-5 ildən sonra yaradılacaq futbol klubuna ad hələ seçilməyib. Timati ilə birlikdə "Black Star" şirkətinin rəhbəri Pavel Kuryanov yeni təsis olunacaq futbol klubunda yerli, gənc oyunçulara üstünlük verəcəklərini diqqətə çatdırıb.
Ronaldu: "Neymar Mourinyonun yanına getməkdənsə, “Barsa”da qalsın”
"Real"ın ulduz futbolçusu Kriştianu Ronaldu "Barselona"nın hücumçusu Neymara məsləhət verib. Portuqaliyalı forvard həmkarının İngiltərəyə köçməsinin yanlış seçim olacağını düşünür. O bildirib ki, Neymar hazırkı komandasında qalarsa, daha çox titul qazana bilər: "Onun üçün "Barselona"da pik səviyyəyə çatmaq Joze Mourinyo ilə çalışaraq çatmaqdan asan olar. Məncə, Neymar hazırkı klubunda bir az da səbr etməlidi. Messinin yaşı artdıqca təsir gücü də azalacaq. O zaman Neymar bu komandanın liderinə çevriləcək".
"Yuventus" "Milan"la danışıqlara başlayıb
"Yuventus" Matteo De Şilyonun transferi üçün hərəkətə keçib. Turin klubu italyan müdafiəçi ilə bağlı qarşı tərəflə danışıqlara başlayıb. "Qoca senyora" ona görə 15 milyon avro ödəməyə hazırdr. De Şilyonun "Milan"la müqaviləsi 2018-ci ildə başa çatır. "Rossoneri" yeni müqavilə imzalanmasını təxirə salıb. Goal.az
"Barselona" 4 oyuna Arda Turansız çıxacaq
"Barselona"nın və Türkiyə millisinin futbolçusu Arda Turan 3 həftəyədək sıradan çıxıb. Tibbi müayinə nəticəsində 30 yaşlı yarımmüdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb. "Ay-ulduzlular"ın düşərgəsində ikən xəsarət alan Arda Moldova ilə yoldaşlıq görüşünü buraxmalı olub.
Türkiyənin iki atleti cəzalandırıldı - DOPİNQ QALMAQALI
Türkiyənin xanım atletləri Elvan Abeylegesse və Qamze Bulut dopinq-testdən keçə bilmədikləri üçün cəzalandırılıb. Bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) qərar verib.
Qətər dünya çempionatı ilə bağlı Azərbaycana müraciət edib
Azərbaycan Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına işçi göndərəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovbildirib ki, 2022-ci ildə Qətərdə keçiriləcək mundialla bağlı 200 milyard dollar investisiya qoyulacaq:
Ronaldu Peleyə yaxınlaşır, azərbaycanlıya çox var
Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldu qollarını sıralamaqda davam edir. Ulduz futbolçu İsveçlə keçirilən yoldaşlıq görüşündə (2:3) bir dəfə fərqlənərək, millinin heyətində vurduğu qolların sayını 71-ə çatdırıb.
Dmitri Nazarov: "Bütün Avropa gördü ki..."
Almaniyaya qol vurduğum an həm mənim, həm də Azərbaycan xalqı üçün möhtəşəm an idi. Bu sözləri Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarov deyib. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya ilə görüşdə (1:4) millimizin yeganə qoluna imza atan 26 yaşlı yarımmüdafiəçi növbəti dəfə alman mətbuatına açıqlama verib.
Renat Dadaşovla bağlı yeni İDDİA: millimizdən imtina edir
Almaniya mətbuatı Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla bağlı yeni iddia ortaya atıb. Gənc futbolçu Azərbaycan yığmasından imtina edə bilər. Almanlar bir müddət əvvəl 18 yaşlı forvardın 1 milyon dollar və ev qarşılığında Azərbaycan millisini seçdiyini yazmışdılar.
İspaniya və İtaliyadan qələbə, Portuqaliya uduzdu
Dünyanın bir sıra ölkələrinin yığmaları yoldaşlıq oyunlarında üz-üzə gəliblər. Baş tutan görüşlərin arasında azarkeşlərin daha çox diqqətini çəkən matçlar da var. Belə ki, DÇ-2018-in seçmə mərhələsi oyununda Bolqarıstana uduzan və baş məşqçi Danni Blindi istefaya yollayan Hollandiya millisinin İtaliya ilə üz-üzə gəlib. "Narıncılar" bu görüşdə də uduzublar - 1:2.
Azərbaycan - Almaniya matçının ən yaxşı oyunçusu müəyyənləşdi
Futbol üzrə Azərbaycan və Almaniya yığmaları arasındakı 2018-ci il dünya çempionatının seçmə qrup matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Neymar kapitan olur
Braziliya millisinin futbolçusu Neymar DÇ-2018-in Cənubi Amerika üzrə seçmə mərhələsində Paraqvayla matçda karyerasında bir ilkə imza atacaq. O, ilk dəfə bu görüşdə əsas millinin kapitanı olaraq meydana çıxacaq.
""Bavariya" Avropada sonuncu klubumdur"
"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi karyerasını başa vurandan sonra məşqçi kimi çalışmaq istədiyini bildirib.














