Azərbaycanlı gimnastlar yazıçı Çingiz Abdullayevlə görüşdülər

Bu gün Bakıda Milli Gimnastika Arenasında gimnastların Azərbaycan Yazıçılar İttifaqının katibi, PEN-klubun prezidenti Çingiz Abdullayevlə görüşü baş tutub.

Bu gün Bakıda Milli Gimnastika Arenasında gimnastların Azərbaycan Yazıçılar İttifaqının katibi, PEN-klubun prezidenti Çingiz Abdullayevlə görüşü baş tutub. Görüş zamanı yazıçı özü barədə danışıb, gimnastların karyera, uğura gedən yol barədə suallarına cavab verib, eləcə də gimnastikaya münasibəti barədə söhbət edib: "Gimnastika mənim üçün musiqi ilə birgə təsəvvür olunur. Burada estetika, gözəllik elementləri mövcuddur. Bir çoxları gimnastikaya təkcə idmana olan marağından yox, həm də estetik zövq almaq üçün gedir. Gimnastika sadəcə idman deyil. Burada digər idman növlərində olduğu qələbə meyarları yoxdur. Məsələn, futbolda qol vurdun və qalib gəldin, gimnastikada isə subyektivlik mövcuddur".

Görüşün sonunda yazıçı uşaqlara avtoqraf verib və qarşıdan gələn ad günü münasibəti ilə hədiyyələr qəbul edib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31