"İstəməzdim ki, Polun imici oyununa kölgə salsın"
"Marseille"in müdafiəçisi Patris Evra həmyerlisi Pol Poqba barədə danışıb. Fransalı futbolçu bunları deyib: "Poqba pis oynayanda insanlar onu sosial şəbəkələrdə fəal olmaqda və saç düzümlərinə görə tənqid edirlər.
4 Aprel 2017 18:45 İdman"Marseille"in müdafiəçisi Patris Evra həmyerlisi Pol Poqba barədə danışıb. Fransalı futbolçu bunları deyib: "Poqba pis oynayanda insanlar onu sosial şəbəkələrdə fəal olmaqda və saç düzümlərinə görə tənqid edirlər. O dəyişməyəcək. Poqba müstəqil hərəkət edir. İstəməzdim ki, Polun imici onun oyununa kölgə salsın. Belə olacağından narahat deyiləm. Bəziləri isə buna ümid edir. Onlar Poqbanı Bekhem kimi tənqid etməyə bəhanə axtarırlar. Pol mənə qardaş kimidir, ona uğurlar arzulayıram". Goal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31