İdman
"Qarabağ" və "Qəbələ"nin hesabına təqribən 300 min avro köçürüldü
"Qarabağ" və "Qəbələ" klublarının hesabına təqribən 300 min avro köçürülüb.
Dieqo Qodin: “Qarabağ”la oyuna yalnız 3 xal üçün çıxacağıq”
“Son vaxtlar nəticələrimiz heç də gözlənildiyi kimi deyil. Xüsusən, Çempionlar Liqasında özümüzə bənzəmirik”. Bu sözləri “Atletiko”nun futbolçusu Dieqo Qodin deyib. La Liqanın X turu çərçivəsində oktyabrın 28-də öz meydanında “Vilyarreal”la qarşılaşacaq Madrid təmsilçisi 3 gün sonra Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ı qəbul edəcək.
Runi zibil yığır - Məhkəmə qərarı
Sərxoş halda avtomobil idarə etdiyi üçün ötən ay saxlanılan "Everton"un hücumçusu Ueyn Runinin ictimai işlərə cəlb edilməsi barədə məhkəmə qərarı dünəndən qüvvəyə minib. İngiltərə futbolunun canlı əfsanəsi Makklsfilddəki parklardan birində işləyərkən görünüb. O, burada oturacaqları rəngləyir və zibil yığırmış. Ətrafdakı insanların verdiyi xəbərə görə, Runi bu zaman çox kefsiz görünürmüş.
Levandovski karyerasını "Real"da davam etdirə bilər
"Bavariya"ın hücumçusu Robert Levandovski karyerasını "Real"da davam etdirə bilər. Məlumata görə, klub nümayəndələri onun transferi ətrafında danışıqlar aparırlar.
“PSJ” 222 milyona bəla transfer edib – Klubda böhran
Fransanın “PSJ” futbol komandasının 222 milyon avroya “Barselona”dan transfer etdiyi Neymar klubdaxili mübahisələrə səbəb olub. Dünyanın ən bahalı transfer sahibinə verilən üstünlüklər digər futbolçuları hiddətləndirib.
Azərbaycan cüdoçuları Abu-Dabi "Qran-Pri"sində yarışacaqlar
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri start götürəcək. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, bu yarışda dünyanın ən güclü cüdoçuları ilə yanaşı Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.
Silahlı Qüvvələrin cüdo birinciliyi keçirilib
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində cüdo üzrə Silahlı Qüvvələr birinciliyi keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, çempionatı Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Fariz Hüseynovun rəhbərliyi ilə hakimlər heyəti idarə edib.
Bundesliqa rəhbərliyindən maraqlı addım
Almaniyanın Bundesliqa rəhbərliyi yerli oyunçulara daha çox şans verilməsi üçün maraqlı addım atıb. Liqa rəhbərliyinin qərarına əsasən, yayım gəlirlərinin 17 milyon avroluq hissəsi daha çox yerli futbolçuya şans verən klublar arasında bölünəcək. Bu barədə məlumatı Bundesliqanın mətbuat xidməti yayıb.
İlin futbol bombasını qətərlilər partlatdı - “PSJ”-yə qardaş gəlir
Türkiyənin Super Liqa oyunlarının qətərli yayım qurumu olan “beIN SPORTS” yeni futbol klubu almaq niyyətinə düşüb. Qurum “Başakşəhər” futbol klubunu almaq istədiyini bildirib. Türkiyə ilə yanaşı. İngiltərə, İspaniya, Fransa və Braziliya liqalarını da yayımlayan qurum yeni klub almaq üçün uzun müddətdir axtarışa çıxmışdı. “beIN SPORTS” artıq “Başakşəhər”lə razılaşma əldə edib və bir çox detalları müzakirə ediblər. Razılaşma ilə bağlı ətraflı açıqlamanın yanvar ayında veriləcəyi bildirilib.
Güləşçilərimiz Rusiyada mübarizə aparacaq
28-29 oktyabr tarixlərində Rusiya Federasiyasının Nefteyuqansk şəhərində Vladimir Semyonovun şərəfinə "Yuqra Kuboku" beynəlxalq turniri keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, 14-cü dəfə keçirilən turnirdə sərbəst güləş üzrə böyüklərdən ibarət yığmamızın üzvləri də iştirak edəcək.
"İnter" adını dəyişir - Bu şənbə
“İnter” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Məlumata görə, “İnter” ev oyunlarını keçirdiyi stadionda klubun yeni adının təqdimat mərasimini keçirmək istəyində olduğunu və bununla əlaqədar olaraq “Kəpəz” – “İnter” görüşünün yerinin dəyişdirilməsini xahiş edib.
Ağır atletika üzrə 4-cü seçmə mərhələ yarışları keçiriləcək
28 oktyabr – 5 noyabr tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 4-cü seçmə mərhələsi yarışları keçiriləcək.
"Kəpəz" hazırlıqlara başlayıb
"Kəpəz" Topaz Premyer Liqasının 10-cu turunda qarşılaşacağı “İnter”lə oyununun hazırlıqlarına start verib. Məlumata görə, “Neftçi”yə qarşı matçdan sonra bərpaedici prosedurdan keçən komanda üzvləri bir gün istirahət edərək bu gündən məşqlərə başlayıblar.
“Qalatasaray”a ŞOK: Stadionunu bağlayırlar
Türkiyənin “Qalatasaray” klubunun “Türk Telekom Stadionu” bağlanacaq. Buna səbəb 22 oktyabrda “Qalatasaray”-“Fənərbaxça” matçında yan xətt hakimi Tarık Ongunun başına dəyən su şüşəsi olub.
Azərbaycan Güləş Federasiyasında kadr dəyişikliyi
Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb. Bu barədə məlumat “OLAYLAR” -a AGF-dən daxil olub. Bildirilib ki, Federasiyanın Prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib. Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib.









.jpg)




