İdman
Qurbanov nə qədər maaş alır? - SİYAHI
Topaz Premyer Liqasında iştirak edən 8 komandanın baş məşqçilərinin məvacibi bəlli olub.
Stolüstü tennisçimiz Gənclərin Olimpiya Oyunlarına lisenziya qazanıb
3-5 noyabr tarixlərində Xorvatiyanın Split şəhərində gənclər üzrə Olimpiya Oyunlarının Avropa təsnifat turniri keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, turnirdə uğurla çıxış edən qız tennisçimiz Gənclərin Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu stolüstü tennis üzrə Azərbaycanın qazandığı ilk lisenziyadır.
AFFA "Kəpəz"in futbolçusu ilə bağlı məlumat verəcək - UEFA-ya
Azərbaycan Premyer Liqasının 11-ci turunda Gəncə şəhər stadionunda keçirilmiş "Kəpəz" - "Qarabağ" oyununda (0:2) fair-play nümunəsi qeydə alınıb. Oyunun 26-cı dəqiqəsində, hesab 0:0 olarkən "Kəpəz"in futbolçusu Viktor Oseqeyl ilə "Qarabağ"ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi 11 metrlik cərimə zərbəsi təyin edib. Viktor Oseqeyl referiyə yaxınlaşaraq, ona qarşı qayda pozuntusu olmadığını bildirib və hakim penalti qərarını ləğv edib.
Bədii gimnastika komandamız Belçikada 5 medal qazanıb
Ötən həftənin sonu Belçikanın Gent şəhərində bədii gimnastika üzrə “Happy Cup” turniri keçirilib. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yığma komandamız 4 qızıl və 1 bir gümüş medal qazanıb. Bütün medalları komandanın üzvü Zöhrə Ağamirova əldə edib.
Ronaldo Raulun rekordunu qırıb
“Real”ın futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb. Məlumata görə, portuqaliyalı hücumçu La Liqada son 25 ildə ən çox məhsuldar ötürmə edən oyunçu olub. O, La Liqanın son turunda “Las Palmas”da görüşdə (3:0) 84-cü qol ötürməsini edib. Bununla da 32 yaşlı futbolçu sabiq komanda yoldaşı Raul Qonsalesin rekordunu (83 ötürmə) qırıb.
Onu qovdular - İl ərzində 2-ci dəfə
İtaliya A seriyasında növbəti məşqçi istefası baş verib. "Cenoa"nın baş məşqçisi İvan Yuriç istefaya göndərilib. O, "Sampdoriya"ya məğlubiyyətdən (0:2) sonra postundan uzaqlaşdırılıb.
"Formula-1”in biletləri satışa çıxarıldı
Gələn il 27-29 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin satışına start verilib. Noyabrın 6-dan 2017-ci il dekabrın 31-dək həm xarici, həm də yerli avtoyürüş həvəskarları biletləri 20% endirimlə əldə edə biləcəklər. Bundan başqa, sırf yerli sakinlərə əlavə 25%-lik endirim də tətbiq olunur. İlkin endirim kampaniyası yalnız tribunaya olan və aprelin 26-29 tarixlərini əhatə edən 4 günlük biletlər üçün keçərlidir. İlkin endirim kampaniyası müddətində yerli sakinlər üçün tribunalara 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 160-600 AZN arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 120-420 AZN təşkil edir.
Simone: "Qarabağ"dan aldığımız zərbədən sonra..."
"Atletiko" klubunun baş məşqçisi Dieqo Simone Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ"la görüş zamanı bərabərlik, La Liqanın XI turunda isə "Deportivo" ilə matçda qələbə qoluna imza atan Tomas Parteyi təbrik edib.
Tanınmış futbolçu azadlığa çıxdı
Azərbaycanın ən titullu futbolçularından olan Faiq Cabbarov bu gün azadlığa buraxılıb. "Kəpəz" və "Şəmkir"lə dəfələrlə ölkə çempionu olan sabiq futbolçu 100 gün idi ki, həbsdə yatırdı. O, bu gün cəza müddətini başa vuraraq yenidən azadlığa çıxıb.
Messi "Barselona"da yubiley matçına çıxıb
"Barselona"nın hücumçusu Lionel Messi klubda yubiley matçına çıxıb. Primeranın 11-ci turunda "Sevilya" ilə oyun (2:1) argentinalı ulduzun "göy qırmızılar"da 600-cü oyunu olub. Messi bu baxımdan Xavi (767) və Andres İniestadan (643) geri qalır.
“Qarabağ” - “Çelsi” matçına nə qədər bilet satılıb?
Çempionlar Liqasının qrup mərhələsinin "Qarabağ" - "Çelsi" oyununa 30 min bilet satılıb. Bu barədə Ağdam klubunun rəsmi "Facebook" hesabında məlumat paylaşılıb. Görüş noyabrın 22-də keçiriləcək. Biletləri bu satış məntəqələrindən əldə edə bilərsiniz:
Azərbaycan Macarıstanı məğlub edib ikinci oldu
Azərbaycan kişilərdən ibarət yığma komandası Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatında mübarizəni davam etdirir. Noyabrın 3-də Ermənistan komandasını məğlub edən (VI) Azərbaycan şahmatçıları VII turda Macarıstan üzərində 3:1 hesabı ilə qələbə qazanıb.
Kamran Ağayev meydandan qovuldu
Çexiya çempionatında XIII turun oyunları keçirilir. Kamran Ağayevin çıxış etdyii "Mlada Boleslav" "Banik"in qonağı olub. 14-cü dəqiqədə hesabı açan "Mlada Boleslav" qələbə qazanıb - 1:0. Start heyətində yer alan Kamran Ağayev 73-75-ci dəqiqələrdə sarı vərəqə alaraq meydandan qovulub.
Qurban Qurbanovdan İSTEFA QƏRARI
Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsindən ayrılmaqla bağlı qərar verib. Bu haqda Qol.az saytına açıqlamasında Q.Qurbanovun özü bildirib.
Ronaldo “İlin ən yaxşı bombardiri” seçilib
Real Madridin və Portuqaliya millisinin hücumçusu Cristiano Ronaldoya Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (İFFHS) versiyası üzrə “İlin ən yaxşı bombardiri” mükafatı təqdim edilib.














