İdman
UEFA ən yaxşıları sıraladı - Siyahıda “Qarabağ” da var
Beynəlxalq Futbol Federasiyası (UEFA) Avropa klublarının 2017-2018-ci il siyahısını təqdim edib. Klublar UEFA-nın verdiyi xallara əsasən sıralanıb.
Qurban Qurbanov millidə nə qədər maaş alacaq?
"Qurban Qurbanovla müqavilənin maddi tərəfləri müzakirə olunmadı". Bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Baş katib bildirib ki, maliyyə məsələrində problem olmaycaq: "Maliyyə şərtləri ilə bağlı məsələni nə Qurban müəllim qaldırdı, nə də biz. Amma inanmıram ki, hansısa problem yaransın".
Qurban Qurbanov: "Hamının gözü millidədir"
"Rövnəq Abdullayevə, AFFA İcraiyyə Komitəsinin üzvlərinə təşəkkür edirəm. Hər kəsin arzusu millidə oynamaq və məşqçinin də istəyi milliyə rəhbərlik etməkdir. Hamının gözü millidədir. Azarkeşlər daha yaxşı nəticə istəyir. Bu, mənim üçün böyük məsuliyyətdir. Bu, bir ayın, bir ilin işi deyil. Uzun bir proqramımız olacaq. Pillə-pillə irəli getməliyik. Bir azərbaycanlı kimi futbolumuz üçün daha artığını etməyə çalışacağam. İşimiz çoxalır. Çalışacağıq ki, rəhbərliklə birgə vəzifəmizin öhdəsindən gələk. Yazıları oxuyurdum. Etimadınıza görə də təşəkkür edirəm".
Təcili xəbər: Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
“O, neçə-neçə istedadlı futbolçularımızın haqqını yedi! ” – SƏRT İTTİHAMLAR
Avropa Liqasında gecənin nəticələri
Qurban Qurbanov AFFA qarşısında şərtlər qoydu
Emre ata oldu
Futbolçu Emre Belözoğlu üçüncü dəfə ata olub. "Meditol Başakşehir"in kapitanının bu dəfə də qızı dünyaya gəlib. Cütlük qızlarına Məryəm Leyla adını qoyub.
Şəhriyar Məmmədyarov dünyanın ikincisi oldu - Azərbaycan tarixində ilk
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov FİDE-nin cari reytinqində ikinci yerə yüksəlib. O, belə uğura imza atan ilk azərbaycanlı şahmatçı olub. Avropa çempionatında çexiyalı David Navara üzərindəki qələbədən sonra Ş.Məmmədyarov xallarının sayını 2801,5 çatdırıb. Bununla da, o, erməni Levon Aronyan (2799,9) və amerikalı Fabiano Karuananı (2799) qabaqlayıb. Hazırda Məmmədyarov yalnız dünya çempionu, norveçli Maqnus Karlsendən (2837) geri qalır.
Qurban Qurbanov sabah millinin baş məşqçisi ola bilər
Madridlilər türkiyəli hakimə əsəbiləşiblər - “Real” 5 il sonra ŞOK YAŞADI
Madridin “Real” klubu Çempionlar Liqasının H qrupunun 4-cü matçında “Tottenhem” ilə qarşılaşıb. 3:1 hesabı ilə “Tottenhem”ın qalib gəldiyi matçı idarə edən türkiyəli hakim Cüneyt Çakır futbolçuların və azarkeşlərin sərt reaksiyalarına tuş gəlib.
Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi
Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun daha 8 oyunundan sonra UEFA reytinqi açıqlanıb. Dünən keçiriən matçlardan sonra Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. 22-ci pillədə qərarlaşan ölkəmizin 19.125 xalı var.
Avroliqada IV turun oyunları keçiriləcək
Bu gün futbol üzrə Avropa Liqasında IV turun oyunları keçiriləcək. 12 qrupda ümumilikdə 24 matç baş tutacaq.
İranda miflərə meydan oxuyan Hoda— İdmançı yoxsa gözəlçə? FOTOLAR
"Neftçi" futbolçusu ilə müqavilənin müddətini artırdı
"Neftçi" PFK futbolçu Rəhman Hacıyevlə gələn ilin yanvar ayında bitən müqavilənin müddətini artırıb.









.jpg)




