Azərbaycan Macarıstanı məğlub edib ikinci oldu

Azərbaycan kişilərdən ibarət yığma komandası Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatında mübarizəni davam etdirir. Noyabrın 3-də Ermənistan komandasını məğlub edən (VI) Azərbaycan şahmatçıları VII turda Macarıstan üzərində 3:1 hesabı ilə qələbə qazanıb.

Azərbaycan yığması bu qələbə sayəsində xallarını 11-ə çatdıraraq turnirin ikinci pilləsinə yüksəlib. Komanda birinci yerdə qərarlaşan Rusiya millisindən bir xal geri qalır.

Azərbaycan şahmatçıları VIII turda Rusiya millisi ilə qarşılaşacaq. Report/az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31