İdman

“Kaspersky Lab”: Şirkətlərdə baş verən kibermünaqişələrin yarısı insan faktoru ilə bağlıdır

10 Noyabr 2017 16:08

Bu ilin yanvar-oktyabr aylarında “Kaspersky Lab” həlləri Azərbaycan müəssisələrindəki 5 435 kompüterə zərərli proqram təminatı tərəfindən olan hücumları dəf edib. Şirkətdən verilən məlumata görə, ümumi kiberhücum cəhdlərinin sayı isə 286 525-ə çatır. İstənilən şirkətdə baş verən kiberinsidentlərin və bununla əlaqədar yaranan məlumat sızıntısının əsas səbəbi insan faktorunun mövcudluğu və kompüter təhlükələrinin zamanında aşkarlanması üçün lazımi biliklərin olmamasıdır. Araşdırma göstərib ki, müəssisələrdə kompüter qəzalarının demək olar yarısı (46%) əməkdaşların diqqətsizliyi ucbatından əmələ gələn məlumat sızıntısına görə baş verib. Bu da insan faktorunu informasiya təhlükəsizliyi sahəsində baş verən qəzaların zərərli proqram təminatı ilə yoluxmadan sonra ikinci ən geniş yayılmış səbəbinə çevririr.

Qurban Qurbanov: "Problemlərimiz həddən artıq çoxdur"

10 Noyabr 2017 12:40

Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov 21 yaşadək yığmamızın evdə Almaniyaya 0:7 hesablı məğlub olduğu görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Bakı məktəblisi Avropa çempionatının qalibi olub

10 Noyabr 2017 11:54

Paytaxt məktəblisi Avropa çempionatında I yeri tutub. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 189-190 nömrəli tam orta məktəbin X sinif şagirdi Fərid Ağayev Fransanın Paris şəhərində karatenin vado-kai növü  üzrə 45-ci Avropa çempionatında təkbətək döyüşlərdə bütün rəqibləri üzərində qələbə qazanıb.

PSJ Konte ilə maraqlanır

10 Noyabr 2017 11:18

PSJ "Çelsi"nin baş məşqçisi Antonio Konte ilə maraqlanır. Komandanın hazırkı çalışdırıcısı Unai Emeri Paris təmsilçisini Çempionlar Liqasının yarımfinal mərhələsinə çıxarmayacağı təqdirdə, klub rəhbərliyi Konte ilə danışıqlara başlayacaq. İtaliyalı mütəxəssisin PSJ-yə keçidi 2018-ci ilin yayında reallaşa bilər.

İtaliya mundiala qatıla biləcəkmi?

10 Noyabr 2017 10:58

Bu gün DÇ-2018-in seçmə mərhələsinin daha bir pley-off oyunu keçiriləcək. Günün yeganə qarşılaşmasında İtaliya ilə İsveç üz-üzə gələcəklər.  Dördqat dünya çempionu olan appeninlilər 60 ildən sonra mundiala həsrət qala bilər. Sonuncu dəfə 1958-ci ildə bu aqibətlə üzləşən İtaliya artıq bir dəfə işini çətinə salıb. Lakin DÇ-1998-in pley-offunda rusiyalılar apenninlilərlə bacarmayıb.

Formula 1 yarışlarını işıqlandıran jurnalistlər üçün təlim keçiriləcək

8 Noyabr 2017 18:50

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yerli idman jurnalistləri üçün Formula 1 ilə əlaqədar "Sürətin nəbzini tut - 2" adlı ikigünlük praktiki təlim keçirəcək.

Belçikalı hücumçu zədəsini sağaltdı

8 Noyabr 2017 18:50

"Kristal Pəlas"in hücumçusu Kristian Benteke ümumi qrupla məşqlərə start verib. 26 yaşlı forvard sentyabrda aldığı zədə səbəbindən 6 həftəlik sıradan çıxmışdı. Premyer Liqada yaranacaq qısa fasilə zamanı belçikalı futbolçu forma yığmağa çalışacaq. "Kristal Pəlas" çempionatda növbəti matçını noyabrın 18-d "Everton"a qarşı keçirəcək.  

Azərbaycan dünya çempionatının təhlükəsizliyinə dəstək verəcək

8 Noyabr 2017 18:45

Qətərin paytaxtı Dohada "Böyük tədbirlərdə təhlükəsizlik" mövzusunda konfrans keçirilib. Tədbir zamanı Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatı zamanı ölkələrarası əməkdaşlıq və təcrübə mübadiləsi istiqamətində müzakirələr aparılıb. Konfrans iştirakçıları mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq və terrorizmə qarşı birgə mübarizənin vacibliyini vurğulayıblar. Bildirilib ki, indiyədək böyük tədbirlər təşkil etmiş ölkələrin təcrübələrindən, uğur və dərslərindən birgə yararlanmaq məqsədilə İnterpol tərəfindən "Stadia" layihəsi həyata keçirilməkdədir. Bu layihənin dünyanın təhlükəsizlik ekspertlərinin birgə fəaliyyəti üçün çox vacib alət olduğu diqqətə çatdırılıb. 

Biliç Prosineçkini arxa plana atdı

8 Noyabr 2017 18:30

"Vest Hem"dən qovulan Slaven Biliç fəaliyyətini yığmada davam etdirə bilər. 49 yaşlı çalışdırıcı Bosniya və Herseqovina millisini çalışdırmağa namizəddi. Mehmed Bajdareviçlə yollar ayrıldıqdan sonra federasiya rəhbərliyi yeni baş məşqçi axtarışını davam etdirir. Əvvəlcə bu posta əsas namizəd kimi Robert Prosineçkinin adı çəkilirdi. Lakin Biliçin "Vest Hem"lə yollarının ayrılması Azərbaycan yığması ilə müqaviləsinin müddəti dekabrda başa çatacaq Prosineçkini arxa plana atıb. İndiki məqamda Bosniya və Herseqovina millisinin yeni baş məşqçisi olmağa əsas namizəd kimi Slaven Biliç göstərilir.

""Qarabağ" "Atletiko"ya qol vuranda sevincdən nə edəcəyimizi bilmirdik"

8 Noyabr 2017 18:25

Yunanıstanın Krit adasında üçqat Avropa çempionu olan Azərbaycanın kişi şahmatçılardan ibarət yığma komandası Vətənə dönüb. Heydər Əliyev Beynəlxalq Hava Limanında milli komandanın üzvləri jurnalistlərin suallarını cavablandırıblar.

“Beşiktaş”dan İngiltərə klublarına: 20 milyonu hazırlayın

8 Noyabr 2017 13:45

"Beşiktaş" rəhbərliyi komandanın aparıcı oyunçularından olan Cenk Tosunun transfer qiymətini açıqlayıb. 26 yaşlı hücumçunu heyətinə qatmaq istəyən "Tottenhem" və "Nyukasl" klublarına rəsmi cavab verilib.  Premyer Liqa təmsilçiləri bu keçidi 13-14 milyon avro qarşılığında həyata keçirməyi planlaşdırsalar da, İstanbul təmsilçisi bununla razılaşmayıb. Onlar qarşı tərəfə "20 milyonu hazırlayın" cavabını veriblər. "Beşiktaş"ın prezidenti Fikrət Orman İngiltərə klublarına açıqlanan məbləğdən aşağı düşməyəcəklərini çatdırıb.