İdman

Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti seçilib

21 Noyabr 2017 14:34

 İslam Həmrəyliyi İdman Federasiyası Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərindəki toplantısında dörd illik fəaliyyətinə yekun vurub. “OLAYLAR” ın xəbərinə görə, bu barədə məlumatı Milli Olimpiya Komitəsinin mətbuat idməti yayıb. Bildirilib ki, İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assambleyasının gündəliyində duran əsas məsələ təşkilatın dörd illik fəaliyyəti ilə bağlı hesabat olUB. Hesabatda dörd il ərzində görülmüş işlər arasında Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili, onun İslam dəyərlərinin dünya miqyasında yayılmasındakı müstəsna rol oynaması, İslam ölkələri arasında dostluq və həmrəyliyin gücləndirilməsindəki önəmi xüsusi qeyd olunub. Baş Assambleya təşkilatı dörd illik fəaliyyətinə yekun vurduqdan və növbəti dörd il üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirdikdən sonra İHİF-in İcraiyyə Komitəsinin üzvlərinin və rəhbərliyinin seçkisi olub.

“Qarabağ”ın oyununa türkiyəli hakim

21 Noyabr 2017 13:06

UEFA Gənclər Liqasında "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası ilə "Çelsi"nin U-19 komandası arasında sabah keçiriləcək matçın hakimləri açıqlanıb. Görüş türkiyəli referilərə həvalə edilib.  Matçın baş hakimi funksiyasını Alper Ulusoy yerinə yetirəcək. Ona Mehmet Emin Tuğral və Deniz Caner Özaral yardımçı olacaqlar. Dördüncü hakim funksiyası isə azərbaycanlı hakim Orxan Məmmədov yerinə yetirəcək.

“Neftçi”nin prezidentindən ittiham: "Ədalətli hakimlik olsaydı…"

21 Noyabr 2017 12:12

"Neftçi"nin prezidenti Orxan Hüseynzadə klubun rəsmi saytına açıqlama verib.   Klub prezidenti Topaz Premyer Liqasının noyabrın 19-da keçirilmiş "Neftçi" - "Qəbələ" matçında şübhəli hakim qərarlarına münasibət bildirib: "Hakimlər briqadasının səhvləri dünənki oyunun nəticəsinə təsir etdi. Biz məğlubiyyətə layiq deyildik. Ədalətli hakimlik olsaydı, qələbə qazana bilərdik. Bəli, hamı səhv edə bilər.

Messi “Barselona”dan ayrılır

21 Noyabr 2017 11:10

İspaniyanın Kataloniya bölgəsində yaşanan siyasi hadisələr özü ilə bərabər böyük böhranlar da gətirib. Uzun müddətdir Linonel Messi ilə müqavilə imzalamaq üçün mübarizə aparan katalonlar futbolçudan gələn ayrılıq tələbi ilə böyük şok yaşayıb. 

AIBA prezidenti istefa verdi

20 Noyabr 2017 19:00

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) prezidenti Çinq-Kuo Vu istefa verib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. "Bu qərarı boksa olan sevgimə görə verdim. Qurum və boksun xeyirinə bu addımı atıram", - 71 yaşlı tayvanlı funksioner istefasına bu cür şərh verib.

Yığmamız Albaniyaya qalib gəldi

20 Noyabr 2017 18:55

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyədə təşkil olunmuş beynəlxalq turnirdə - "Mercedes Benz" Egey kubokunda bu gün ilk oyununu keçirib. 

Almeyda 100-cü qolu vurdu

20 Noyabr 2017 18:50

Topaz Premyer Liqasında 2017/18 mövsümünün 100-cü qolu vurulub.

İtaliyada gözlənilən istefa - RƏSMİ

20 Noyabr 2017 18:38

İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio istefa verib. Buna qurumun bugün keçirilən iclasında qərar verilib. 74 yaşlı funksionerin istefaya göndərilməsinə səbəb İtaliya millisinin DÇ-2018-dən kənarda qalması olub. Tavekkionu keçmiş hakim Pyerluici Kollinanın əvəzləyəcəyi gözllənilir. Bununla bağlı qərar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

“Qarabağ” - “Çelsi” qarşılaşmasının hakimlər briqadası açıqlandı

20 Noyabr 2017 18:16

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Çelsi” matçının hakimlər briqadası müəyyən edilib. Qarşılaşmanı portuqaliyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Manuel de Souza olacaq. Ona yan xətt hakimləri Alvaro Mesquita və Rikardo Santos kömək edəcək. Qarşılaşmanın əlavə hakimləri Fabio Verissimo və Luis Migel Branko Godinyo olacaq. Dördüncü hakim funksiyasını isə Nuno Pereira yerinə yetirəcək.

Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcək

20 Noyabr 2017 16:23

21-25 noyabr 2017-ci il tarixdə İran İslam Respublikasının paytaxtı Tehranda kiçik yaşlı yeniyetmə güləşçilər arasında "Day of children" beynəxalq turniri keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, komanda yarışı xarakterli turnirdə sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələrdən ibarət yığma komandalarımız iştirak edəcək. 

UEFA 6 klubumuza pul ayırdı

20 Noyabr 2017 15:50

UEFA Azərbaycan klublarına maliyyə yardımı edib. Qitə futbol qurumu Premyer Liqada çıxış edən 6 komandaya pul ayırıb. 2016/17-ci il  mövsümünü əhatə edən  UEFA-nın "Həmrəylik ödəmələri və  uşaq futbolunun inkişafı" proqramı çərçivəsində  həmin mövsüm Azərbaycan Premyer Liqasında çıxış etmiş, amma UEFA Çempionlar Liqası və Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına UEFA-dan ayrılan maliyyə  vəsaiti AFFA-nın vasitəçiliyi ilə aşağıdakı cədvələ uyğun olaraq köçürülüb. "Zirə", "Keşlə", "Sumqayıt", AZAL, "Neftçi" və "Kəpəz"in hər birinə 71 min 53 avro ödənilib.

“Barselona” Naim Süleymanoğlunu unutmadı

20 Noyabr 2017 15:28

İspaniyanın “Barselona” klubu dünyasını dəyişən Türkiyə çempionu Naim Süleymanoğlunu unutmayıb.  Klub tvitter hesabından Naim Süleymanoğluna dair paylaşım edib və Türkiyəyə başsağlığı verib. Paylaşımda “Biri 1992 “Barselona” olmaqla, üç dəfə Olimpiya çempionu və saysız dünya rekordu sahibi olan Naim Süleymanoğlu vəfat edib. Rahatlıq içində yatsın” sözləri qeyd edilib.

“Qalatasaray”a ŞOK

20 Noyabr 2017 14:04

Türkiyənin “Qalatasaray” futbol klubunun baş məşqçisi İqor Tüdor vəzifəsindən uzaqlaşdırılacaq. Klubun prezidenti Dursun Özbərk “Başakşəhər” klubu ilə keçirilən uğursuz matçdan sonra baş məşqçiyə dəstəyini kəsib. O, İqor Tüdora mövsüm fasiləsinə qədər vaxt verib.