Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti seçilib

 İslam Həmrəyliyi İdman Federasiyası Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərindəki toplantısında dörd illik fəaliyyətinə yekun vurub. “OLAYLAR” ın xəbərinə görə, bu barədə məlumatı Milli Olimpiya Komitəsinin mətbuat idməti yayıb. Bildirilib ki, İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assambleyasının gündəliyində duran əsas məsələ təşkilatın dörd illik fəaliyyəti ilə bağlı hesabat olUB. Hesabatda dörd il ərzində görülmüş işlər arasında Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili, onun İslam dəyərlərinin dünya miqyasında yayılmasındakı müstəsna rol oynaması, İslam ölkələri arasında dostluq və həmrəyliyin gücləndirilməsindəki önəmi xüsusi qeyd olunub. Baş Assambleya təşkilatı dörd illik fəaliyyətinə yekun vurduqdan və növbəti dörd il üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirdikdən sonra İHİF-in İcraiyyə Komitəsinin üzvlərinin və rəhbərliyinin seçkisi olub.

İslam Həmrəyliyi İdman Federasiyası Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərindəki toplantısında dörd illik fəaliyyətinə yekun vurub. "OLAYLAR" ın xəbərinə görə, bu barədə məlumatı Milli Olimpiya Komitəsinin mətbuat idməti yayıb. Bildirilib ki, İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assambleyasının gündəliyində duran əsas məsələ təşkilatın dörd illik fəaliyyəti ilə bağlı hesabat olUB. Hesabatda dörd il ərzində görülmüş işlər arasında Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili, onun İslam dəyərlərinin dünya miqyasında yayılmasındakı müstəsna rol oynaması, İslam ölkələri arasında dostluq və həmrəyliyin gücləndirilməsindəki önəmi xüsusi qeyd olunub. Baş Assambleya təşkilatı dörd illik fəaliyyətinə yekun vurduqdan və növbəti dörd il üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirdikdən sonra İHİF-in İcraiyyə Komitəsinin üzvlərinin və rəhbərliyinin seçkisi olub. Toplantıda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin təşkilatın vitse-prezidentiliyə namizədliyi irəli sürülmüş və o, İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti seçilib. Qeyd edək ki, Çingiz Hüseynzadə artıq üçüncü dəfədir ki, bu təşkilatın vitse-prezidenti seçirilir.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31