İdman
“Qarabağ” - “Çelsi” qarşılaşmasının hakimlər briqadası açıqlandı
Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Çelsi” matçının hakimlər briqadası müəyyən edilib. Qarşılaşmanı portuqaliyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Manuel de Souza olacaq. Ona yan xətt hakimləri Alvaro Mesquita və Rikardo Santos kömək edəcək. Qarşılaşmanın əlavə hakimləri Fabio Verissimo və Luis Migel Branko Godinyo olacaq. Dördüncü hakim funksiyasını isə Nuno Pereira yerinə yetirəcək.
Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcək
21-25 noyabr 2017-ci il tarixdə İran İslam Respublikasının paytaxtı Tehranda kiçik yaşlı yeniyetmə güləşçilər arasında "Day of children" beynəxalq turniri keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, komanda yarışı xarakterli turnirdə sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələrdən ibarət yığma komandalarımız iştirak edəcək.
UEFA 6 klubumuza pul ayırdı
UEFA Azərbaycan klublarına maliyyə yardımı edib. Qitə futbol qurumu Premyer Liqada çıxış edən 6 komandaya pul ayırıb. 2016/17-ci il mövsümünü əhatə edən UEFA-nın "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı" proqramı çərçivəsində həmin mövsüm Azərbaycan Premyer Liqasında çıxış etmiş, amma UEFA Çempionlar Liqası və Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına UEFA-dan ayrılan maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə aşağıdakı cədvələ uyğun olaraq köçürülüb. "Zirə", "Keşlə", "Sumqayıt", AZAL, "Neftçi" və "Kəpəz"in hər birinə 71 min 53 avro ödənilib.
“Barselona” Naim Süleymanoğlunu unutmadı
İspaniyanın “Barselona” klubu dünyasını dəyişən Türkiyə çempionu Naim Süleymanoğlunu unutmayıb. Klub tvitter hesabından Naim Süleymanoğluna dair paylaşım edib və Türkiyəyə başsağlığı verib. Paylaşımda “Biri 1992 “Barselona” olmaqla, üç dəfə Olimpiya çempionu və saysız dünya rekordu sahibi olan Naim Süleymanoğlu vəfat edib. Rahatlıq içində yatsın” sözləri qeyd edilib.
“Qalatasaray”a ŞOK
Türkiyənin “Qalatasaray” futbol klubunun baş məşqçisi İqor Tüdor vəzifəsindən uzaqlaşdırılacaq. Klubun prezidenti Dursun Özbərk “Başakşəhər” klubu ilə keçirilən uğursuz matçdan sonra baş məşqçiyə dəstəyini kəsib. O, İqor Tüdora mövsüm fasiləsinə qədər vaxt verib.
Nigeriyalı “Qarabağ”la görüşə hazırdı
"Çelsi"nin yarımmüdafiəçisi Viktor Mozes Çempionlar Liqasının V turunda "Qarabağ"la oyunda iştirak edə bilər. Bu barədə məlumatı "zadəganlar"ın baş məşqçisiAntonio Konte verib.Britaniya mətbuatına danişan italiyalı mütəxəssis bir aydan çoxdu zədədən əziyyət çəkən nigeriyalı futbolçunun artıq sağaldığını bildirib: "Mozes özünü yaxşı hiss edir. Ümid edirəm ki, "Qarabağ"la matça qədər tam hazır vəziyyətə gələcək. Bakı səfərində ondan istifadə edə bilərik. Aparıcı futbolçuların zədəli olmamaları və yaxşı forma yığmaları çox önəmlidi".
Güləşçilərimiz Rusiyadan medalla qayıdıb
Rusiya Federasiyasının Vladiqafqaz şəhərində sərbəst güləş üzrə "Alans" beynəlxalq turniri keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki, baş məşqçi Firdovsi Umudov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında turnirdə iştirak edən yığma komandamızın üzvləri 1 gümüş və 1 bürünc medala sahib olub. 97 kq çəkidə yarışan Şərif Şərifov finala qədər bütün rəqiblərini tam üstünlüklə məğlub edib. Finalda yerli idmançı Vladislav Baytsayevlə gərgin keçən qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Sonuncu xalı qazandığından qələbə rəqibə verilib və təmsilçimiz gümüş medalla kifayətlənib.
FİFA prezidenti Bakıya gəlir
Bakıda FIFA İcraedici Futbol Sammiti keçiriləcək. Sabah baş tutacaq tədbirdə FİFA-nın prezidenti Canni İnfantino, FİFA-nın baş katibi Fatma Samoura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FİFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edəcək.
Bakıda Turan Döyüş Sənəti üzrə II Dünya Kuboku keçiriləcək
Dünya Alpaqut Federasiyası və Azərbaycan Alpaqut Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda Alpaqut Turan Döyüş Sənəti üzrə II Dünya Kuboku keçiriləcək. Bu barədə məlumatı “OLAYLAR” -a Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov verib. Bildirilib ki, yarışların açılış mərasiminə noyabr ayının 25-də start veriləcək. Yarışlar Sərhədçi İdman Kompleksində keçiriləcək.
Qurban Qurbanov hansı futbolçunu "Qarabağ"dan qovdu?
Premyer Liqanın lideri "Qarabağ"da gözlənilməz qalmaqal baş verib. Adətən nizam-intizamı ilə seçilən komanda daxilində xoşagəlməz olay yaşanıb. Qurban Qurbanovun şəxsi istəyi ilə qışda heyətə cəlb olunan Elgün Uluxanov komandanı ataraq Rusiyaya qaçıb. Buna səbəb gənc futbolçunun oynadığı əvəzedici komandada meydana çıxmaması olub.
"Real" "Qarabağ"ın rəqibi ilə bacarmadı
İspaniya La Liqasının 12-ci turunda Madrid derbisi baş tutub. "Atletiko" öz meydanında "Real"ı qəbul edib. Oyun qolsuz heç-heçə ilə başa çatıb. Bununla da "Real" klubunun əzəli rəqibi "Barselona" ilə arasındakı fərq 10 xala çatıb.
Azərbaycan gimnastı dünya çempionu oldu
Bolqarıstanın paytaxtı Sofiya şəhərində batut gimnastikası və tamblinq (akrobatik cığırda tullanma) üzrə müxtəlif Kifayət qədər nüfuzlu yarışlar idman aləmində həm də gənclər arasında dünya çempionatı kimi tanınır. Azərbaycanı bu mötəbər turnirdə təmsil edən 21 yaşlı Mixail Malkin bütün rəqiblərini üstələyərək tamblinq üzrə yarışların qızıl medalına layiq görülüb.
Teymur Rəcəbov liderlər qrupunda
Azərbaycan qrossmeysteri Teymur Rəcəbov İspaniyanın Palma-de-Malyorka şəhərində kişilər arasında keçirilən şahmat üzrə FİDE Qran-pri seriyasının sonuncu mərhələsinin 3-cü turundan sonra liderlər qrupunda yer alıb. T.Rəcəbov şənbə günü baş tutan növbəti qarşılaşmada Niderlanddan olan rəqibi Aniş Qiri ilə heç-heçə edib - 0,5:0,5.
Şahin Diniyev istefa verdi
“Kəpəz”in baş məşqçisi Şahin Diniyev bu gün Gəncədə baş tutan “Kəpəz”- “Səbail” qarşılaşmasından sonra istefa verib. Təcrübəli mütəxəssis bu haqda oyundan sonra keçirilən mətbuat konfransında bildirib.














