Şenol Günəş "Qarabağ" - "Çelsi" oyununa gəlir

Ötən gecə Türkiyə çempionu "Beşiktaş"ın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Portuqaliyanın "Portu" klubu ilə ev oyunu zamanı Bakı Olimpiya Stadionunda İstanbul klubununun ağ-qara rənglərinin işıqlandırıldığını xəbər vermişdik.

Ötən gecə Türkiyə çempionu "Beşiktaş"ın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Portuqaliyanın "Portu" klubu ilə ev oyunu zamanı Bakı Olimpiya Stadionunda İstanbul klubununun ağ-qara rənglərinin işıqlandırıldığını xəbər vermişdik. Matç zamanı arenanın bayır divarlarından "Come to Beşiktaş" yazısı da qeyd olunmuşdu.

Bu barədə məlumat qardaş ölkə mətbuatında da işıqlandırılıb. Bu cür dəstək "Beşiktaş" tərəfindən cavabsız qalmayıb. Belə ki, İstanbul klubunun baş məşqçisi Şenol Günəş həm BOS-un ağ-qara rənglərə boyanması, həm də buradakı "Beşiktaş" tərəfdarlarına təşəkkür etmək üçün Azərbaycana gəlir. Bu barədə məlumatı "Hürriyet" qəzeti yayıb.

"Beşiktaş"ın çalışdırıcısı bu axşam UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la İngiltərənin "Çelsi" klubu arasında məhz BOS-da keçiriləcək oyunu da canlı izləyəcək. Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31