İdman

Nigeriyalı “Qarabağ”la görüşə hazırdı

20 Noyabr 2017 13:06

"Çelsi"nin yarımmüdafiəçisi Viktor Mozes Çempionlar Liqasının V turunda "Qarabağ"la oyunda iştirak edə bilər. Bu barədə məlumatı "zadəganlar"ın baş məşqçisiAntonio Konte verib.Britaniya mətbuatına danişan italiyalı mütəxəssis bir aydan çoxdu zədədən əziyyət çəkən nigeriyalı futbolçunun artıq    sağaldığını bildirib: "Mozes özünü yaxşı hiss edir. Ümid edirəm ki, "Qarabağ"la matça qədər tam hazır vəziyyətə gələcək. Bakı səfərində ondan istifadə edə bilərik. Aparıcı futbolçuların zədəli olmamaları və yaxşı forma yığmaları çox önəmlidi".

Güləşçilərimiz Rusiyadan medalla qayıdıb

20 Noyabr 2017 12:36

Rusiya Federasiyasının Vladiqafqaz şəhərində sərbəst güləş üzrə "Alans" beynəlxalq turniri keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki, baş məşqçi Firdovsi Umudov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında turnirdə iştirak edən yığma komandamızın üzvləri 1 gümüş və 1 bürünc medala sahib olub.  97 kq çəkidə yarışan Şərif Şərifov finala qədər bütün rəqiblərini tam üstünlüklə məğlub edib. Finalda yerli idmançı Vladislav Baytsayevlə gərgin keçən qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Sonuncu xalı qazandığından qələbə rəqibə verilib və təmsilçimiz gümüş medalla kifayətlənib.

FİFA prezidenti Bakıya gəlir

20 Noyabr 2017 12:32

Bakıda FIFA İcraedici Futbol Sammiti keçiriləcək. Sabah baş tutacaq tədbirdə FİFA-nın prezidenti Canni İnfantino, FİFA-nın baş katibi Fatma Samoura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FİFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edəcək.

Bakıda Turan Döyüş Sənəti üzrə II Dünya Kuboku keçiriləcək

20 Noyabr 2017 11:11

Dünya Alpaqut Federasiyası və Azərbaycan Alpaqut Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda Alpaqut Turan Döyüş Sənəti üzrə II Dünya Kuboku keçiriləcək. Bu barədə məlumatı “OLAYLAR” -a Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov verib.  Bildirilib ki, yarışların açılış mərasiminə noyabr ayının 25-də start veriləcək. Yarışlar Sərhədçi İdman Kompleksində keçiriləcək. 

Qurban Qurbanov hansı futbolçunu "Qarabağ"dan qovdu?

19 Noyabr 2017 20:23

Premyer Liqanın lideri "Qarabağ"da gözlənilməz qalmaqal baş verib. Adətən nizam-intizamı ilə seçilən komanda daxilində xoşagəlməz olay yaşanıb. Qurban Qurbanovun şəxsi istəyi ilə qışda heyətə cəlb olunan Elgün Uluxanov komandanı ataraq Rusiyaya qaçıb. Buna səbəb gənc futbolçunun oynadığı əvəzedici komandada meydana çıxmaması olub.

"Real" "Qarabağ"ın rəqibi ilə bacarmadı

19 Noyabr 2017 14:20

İspaniya La Liqasının 12-ci turunda Madrid derbisi baş tutub. "Atletiko" öz meydanında "Real"ı qəbul edib. Oyun qolsuz heç-heçə ilə başa çatıb. Bununla da "Real" klubunun əzəli rəqibi "Barselona" ilə arasındakı fərq 10 xala çatıb.

Azərbaycan gimnastı dünya çempionu oldu 

19 Noyabr 2017 11:46

Bolqarıstanın paytaxtı Sofiya şəhərində batut gimnastikası və tamblinq (akrobatik cığırda tullanma) üzrə müxtəlif Kifayət qədər nüfuzlu yarışlar idman aləmində həm də gənclər arasında dünya çempionatı kimi tanınır. Azərbaycanı bu mötəbər turnirdə təmsil edən 21 yaşlı Mixail Malkin bütün rəqiblərini üstələyərək tamblinq üzrə yarışların qızıl medalına layiq görülüb.

Teymur Rəcəbov liderlər qrupunda

19 Noyabr 2017 11:33

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov İspaniyanın Palma-de-Malyorka şəhərində kişilər arasında keçirilən şahmat üzrə FİDE Qran-pri seriyasının sonuncu mərhələsinin 3-cü turundan sonra liderlər qrupunda yer alıb.  T.Rəcəbov şənbə günü baş tutan növbəti qarşılaşmada Niderlanddan olan rəqibi Aniş Qiri ilə heç-heçə edib - 0,5:0,5.

Şahin Diniyev istefa verdi

18 Noyabr 2017 20:53

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev bu gün Gəncədə baş tutan “Kəpəz”- “Səbail” qarşılaşmasından sonra istefa verib. Təcrübəli mütəxəssis bu haqda oyundan sonra keçirilən mətbuat konfransında bildirib.

"Roma" "Qarabağ"la oyunu azarkeşsiz keçirəcək?

17 Noyabr 2017 19:00

UEFA İntizam Komitəsi Çempionlar Liqasının III turu çərçivəsində Londonda İngiltərənin "Çelsi" və İtaliyanın "Roma" komandaları arasında keçirilmiş matçdakı irqçilik iddiaları ilə bağlı məsələyə baxıb. Meydan sahiblərinin qaradərili futbolçusu Antonio Rüdiger 3:3 hesabı ilə başa çatan oyunun 77-ci dəqiqəsində Davide Zappakostanın əvəzinə meydana çıxarkən "Roma" azarkeşlərinin irqçi davranışlara yol vermələri təsdiqni tapmayıb. Bu səbəbdən UEFA İtaliya klubunu cəzalandırmayıb.

"Atletiko" sponsorla müqaviləsini yenilədi

17 Noyabr 2017 18:55

"Atletiko Madrid" baş sponsoru "Plus500"lə müqaviləsinin müddətini uzadıb. Yeni anlaşma 2020/21 mövsümünün sonuna kimi nəzərdə tutulub. Bu sponsorla Madrid klubu 2015-ci ildən əməkdaşlıq edir. Yeni müqaviləyə əsasən "Atletiko"nun illik qazancı 15 milyon avro təşkil edəcək. Bonuslar da nəzərdə tutulur. Qeyd edək ki, "Plus 500"dən öncə (2012-15) klubun forması üzərində "Land of Fire Azerbaijan" yazısı vardı.

David Luis “Çelsi”dən ayrılır?

17 Noyabr 2017 18:50

"Mançester Yunayted" qışda heyətini gücləndirmək niyyətindədi.  "Mankunianlar"ın transfer hədəfi "Çelsi"nin braziliyalı müdafiəçisi David Luisdi. Baş məşqçi Joze Mourinyo rəhbərliklə söhbətində sabiq yetirməsinin alınmasını tələb edib. O, Luisin transferi ilə müdafiə xəttinin daha yaxşı çıxış edəcəyini bildirib. Bundan sonra hərəkətə keçən "qırmızı şeytanlar" qarşı tərəflə danışıqlara start veriblər.

"Atletiko" Özillə danışıqlara başladı

17 Noyabr 2017 18:45

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Atletiko" "Arsenal"ın futbolçusu Məsut Özillə danışıqlara başlayıb. Madrid klubu Almaniya millisinin üzvünə illik 10 milyon avro əmək haqqı təklif edib.

İngilislər “Qarabağ”ı siyahıdan sildi

17 Noyabr 2017 18:40

"Qarabağ"ın Çempionlar Liqasında qrupdan çıxmaq şansı sıfıra bərabərdi. Bu iddia ilə İngiltərə mətbuatı çıxış edib. Həmkarlarımız Çempionlar Liqasında sona 2 tur qalmış qruplardakı vəziyyəti təhlil ediblər. Azərbaycan çempionunun yer aldığı C qrupunu ən rəqabətli və çətin qrup hesab edən britaniyalılar "Qarabağ"ın "Atletiko"nu büdrətməsini xüsusi vurğulayıblar.