İdman
Sərbəst güləşçilərimiz Vladiqafqazda beynəlxalq turnirdə iştirak edəcək
18-19 noyabr 2017-ci il tarixdə Rusiya Federasiyasının Vladiqafqaz şəhərində sərbəst güləş üzrə "Alans" beynəlxalq turniri keçiriləcək. “OLAYLAR”-ın AGF-yə istinadən verdiyi xəbərə görə, baş məşqçi Firdovsi Umudov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında turnirdə yığma komandamızın 8 üzvü mübarizə aparacaq. Heyətdə Əfqan Xaşalov, Georgi Edişeraşvili (hər ikisi 57 kq), Ağahüseyn Mustafayev (65 kq), Məhəmməd Müslümov, Ruslan Dibirhacıyev (hər ikisi 70 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov və Aslanbek Alborov (hər ikisi 97 kq) yer alıb. I-S kateqoriyalı hakim Hicran Şərifov Dünya Güləş Birliyi tərəfindən hakim-instruktor təyin edilib və turnirin gedişinə nəzarət edəcək.
“Barselona”nın ulduzu Türkiyə klubuna gedir
Türkiyənin “Fənərbaxça” klubu “Barselona”nın müdafiəçisi Lukas Diqneni transfer etmək niyyətindədir. Artıq “Fənərbaxça”nın maliyyə prezidenti Ali Yıldırım hazırki komandasında nadir hallarda meydançaya daxil olan sol cinah müdafiəçisinin meneceri Mikkel Bek ilə görüşüb və müzakirələr aparıb.
Kapitan Neymarı “Real”a istədi, Ronaldo klubdan ayrılacaq?
İspaniyanın “Real” klubunda bu mövsüm yaşanan uğursuzluqların səbəbi bəlli olub. Komandanın ulduzu Kriştiano Ronaldo ilə kapitan Serxio Ramos arasında anlaşmazlıqların olduğu ortaya çıxıb.Baş məşqçi Zinəddin Zidanın tələbələri La Liqada keçirdiyi 11 həftədən sonra “Barselona” klubundan 8 xal geridə qalınca, klubun iki böyük siması arasında gərginlik pik həddə çatıb.
Məşhur tennisçinin 400 min dollarlıq əmlakı oğurlandı
Məşhur amerikalı tennisçi Vinus Uilyamsın evi qarət olunub. 37 yaşlı idmançının təxminən 400 min dollarlıq əmlakı oğurlanıb. Hadisənin 1 - 5 sentyabr aralığında baş verdiyi bildirilir. Hüquq-mühafizə orqanları hələlik qarətçilərin kimliyini müəyyənləşdirə bilməyiblər. Tennisçinin evindən nələrin oğurlandığı açıqlanmır.
UEFA "Qarabağ"ın futbolçusu Pedro Enrike ilə bağlı qərarını açıqlayıb
"Otağa aparıb zorladı" - 3 qat olimpiya çempionu
"Barselona" argentinalı ulduza müddətsiz müqavilə hazırlayır
"Barselona" Lionel Messi ilə müddətsiz müqavilə imzalamaq istəyir. Tərəflər artıq 2021-ci ilə kimi nəzərdə tutulmuş yeni sözləşməyə imza atıblar. La Liqa prezidenti Xavyer Tebas da son açıqlamasında bu barədə məlumat aldığını bildirmişdi.
“Qarabağ” - “Çelsi” oyununa bilet əldə etmək istəyənlərə XƏBƏR
Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçının bütün biletləri satılıb. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı canlı izləmək istəyən azarkeşlərə 68 500 bilet ayrılmışdı. Onlardan 3664-ü İngiltərə azarkeşləri üçün nəzərdə tutulmuşdu.
“Azərreyl” avrokubok üçün “onluğ”unu açıqladı
"Azərreyl" avrokubokun yeni mövsümü üçün ilkin heyətini açıqlayıb. "Dəmiryolçular" "Çelenc Cup" üçün hələlik 10 voleybolçu sifariş edib. Bunlar arasında yeni adlar da var. Ötən mövsüm "Lokomotiv"də çıxış edən gənclərdən ibarət yığmanın hücumçusu Nelli Salbişvili avrokubokda "Azərreyl"in formasını geyinəcək. Həmçinin millidə onun komanda yoldaşı Kseniya Pavlenko və əsas yığmamızın toppaylayıcısı Kristina Yaqubova, blokçusu Ayşən Abduləzimova və liberosu Ceyran Əliyeva da "Çelenc Cup"da bu komandaya köməklik edəcək.
Polşalı hücumçu məşqlərdən kənarlaşdırıldı
Polşa millisinin hücumçusu Lukaş Teodorçik komandanın məşqlərindən kənarlaşdırılıb. Bu qərarı baş məşqçi Heyn Vanhazebruk qəbul edib. Forvardın qeyri-məhsuldar çıxışı 53 yaşlı mütəxəsisi buna vadar edib. Teodorçik özünü toparlamalı və işinə yanaşma tərzini dəyişməli olacaq.
Ulduzların “Qızıl Top” davası - Ronaldo Messiyə zəng edib bunları dedi
İspaniyanın “France Football” dərgisinin üz qabığında “Qızıl Top” mükafatının fotosu ilə birlikdə “barselonalı" Lionel Messinin görüntüsü verilib. Bunu görən Madridin “Real” klubunun ulduzu Kriştiano Ronaldo L.Messiyə zəng edərək “Qzıl Top” mükafatını onun qazandığını deyib. Messi də bunun qarşılığında Ronaldonu təbrik edib. Daha sonra üz qabığının saxta olduğu ortaya çıxıb. Dərgi isə məsələ ilə bağlı hələ ki, heç bir açıqlama verməyib.
Dünya çempionatının bütün iştirakçıları müəyyənləşdi
2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatına qatılan 32-ci ölkənin adı məlum olub. Bu qitələrarası plef-off turunun revanş matçında Yeni Zelandiya milli komandasını 2-0 hesabı ilə məğlub edən Peru millisidir. Peru milli komandası Yeni Zelandiyanı qolsuz bərabərliklə keçən səfər matçından sonra paytaxt Limada yerləşən “Nacional” stadionunda qonaq edib. Qarşılşamanın əvvəlindən sonuna qədər üstünlüyü qoruyan milli Ceferson Farfan və Kristian Ramosun qolları ilə tarixində 5-ci dəfə Dünya Çempionatına vəsiqə qazanıb. Bu ölkə sonuncu dəfə 1982-ci ildə Dünya Çempionatında iştirak edib.
Rüşvət aldığı deyilən futbol funksioneri özünü öldürdü
Argentinanın sabiq futbol funksioneri Xorxe Delxon özünü öldürüb. Xorxe ona qarşı rüşvət alma ittihamı səsləndikdən bir neçə saat sonra özünə qəsd edib. O, əvvəllər dövlət proqramı olan "Futbol para Todos" ("Futbol hamı üçün") layihəsində işləyib. Noyabrın 14-də Nyu-Yorkda keçirilən məhkəmədə Argentinanın idman marketniq kompaniyasının sabiq rəhbəri Alexandro Burtsaqo bildirib ki, Xorxe Delxona 1 milyon dollar rüşvət verib.
“Qalatasaray”ın futbolçusu karyerasını bitirir
"Qalatasaray"ın müdafiəçisi Hakan Balta karyerasını bitirməyə hazırlaşır. 34 yaşlı futbolçu mövsümün sonunda yaşıl meydanlarla vidalaşacaq. Ötən mövsüm baş məşqçi postuna gətirilən İqor Tudor Türkiyə millisinin üzvündən müdafiənin sol cinahında yararlanmaq istəsə də, Hakan bundan imtina etmişdi.
"Real Madrid"in ulduzu: "Bir daha futbola qayıda bilməyəcəyimi sanmışdım"
Senytabrın sonunda "Real Madrid" həkimləri Dani Karvahalın urəyində perikarda virusu aşkarlamışdılar. Xəstəliyin tapılmasından sonra oyunçu meydanlardan uzaq qalmışdı. Oyunçu "Marca"ya açıqlamasında bu sözləri deyib: "Mən qorxdum və bunun xroniki xəstəliyə çevrilib karyeramı bitirməyimə səbəb olacağını düşünməyə başladım. Amma həkimlər narahat olunacaq bir şey olmadığını, bu cür halların tez-tez olduğunu dedilər. Sağalmağım üçün dərmanlar qəbul etməyə başladım. İlk 3-54 həftə mənim üçün çox ağır keçdi. Çünki tərpənməyə belə icazə vermirdilər.














