İdman
“Qalatasaray”ın futbolçusu karyerasını bitirir
"Qalatasaray"ın müdafiəçisi Hakan Balta karyerasını bitirməyə hazırlaşır. 34 yaşlı futbolçu mövsümün sonunda yaşıl meydanlarla vidalaşacaq. Ötən mövsüm baş məşqçi postuna gətirilən İqor Tudor Türkiyə millisinin üzvündən müdafiənin sol cinahında yararlanmaq istəsə də, Hakan bundan imtina etmişdi.
"Real Madrid"in ulduzu: "Bir daha futbola qayıda bilməyəcəyimi sanmışdım"
Senytabrın sonunda "Real Madrid" həkimləri Dani Karvahalın urəyində perikarda virusu aşkarlamışdılar. Xəstəliyin tapılmasından sonra oyunçu meydanlardan uzaq qalmışdı. Oyunçu "Marca"ya açıqlamasında bu sözləri deyib: "Mən qorxdum və bunun xroniki xəstəliyə çevrilib karyeramı bitirməyimə səbəb olacağını düşünməyə başladım. Amma həkimlər narahat olunacaq bir şey olmadığını, bu cür halların tez-tez olduğunu dedilər. Sağalmağım üçün dərmanlar qəbul etməyə başladım. İlk 3-54 həftə mənim üçün çox ağır keçdi. Çünki tərpənməyə belə icazə vermirdilər.
İspaniya - Rusiya, İngiltərə - Braziliya oyunlarında qalib olmadı
Dünən yığma komandalar yoldaşlıq görüşlərində qüvvələrini sınayıblar. DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer almış Almaniya Fransa ilə üz-üzə gəlib. Kölndə keçirilən qarşılaşma qollu bərabərliklə nəticələnib. Mundiala ev sahibliyi edəcək Rusiya ilə İspaniya arasındakı matçda isə 6 qol vurulmasına baxmayaraq, qalib müəyyənləşməyib. Dünya çempionatına iddialı hazırlaşan Belçika millisi doğma azarkeşləri önündə Yaponiyanı 1 qolla üstələyib. Argentina isə Krasnodarda Nigeriyanı sınağa çəkib. Lionel Messisiz cənubi amerikalılar 2 top fərqi ilə önə keçmələrinə baxmayaraq, sonda məğlubiyyətə düçar olublar.
Meydana girdi, Pikeylə selfi çəkdirdi
Sankt-Peterburqda Rusiya ilə İspaniya arasında keçirilən yoxlama görüşündə insident yaşanıb. Qarşılaşmanın son dəqiqələrində azarkeş meydana daxil olub. Həmin vaxt futbolçulardan birinin zədələnməsinə görə, oyunda fasilə yaranıb.
"Barselona" Qrizmann ilə razılaşdı
İspaniyanın "Barselona" klubu La Liqanın digər təmsilçisi "Atletiko" ilə futbolçu Antuan Qrizmannın transfer məsələsində prinsipial razılıq əldə edib. Tərəflər bir neçə həftə əvvəl danışıqlara başlayıblar və artıq yekun mərhələsindədirlər. Bundan sonra Kataloniya təmsilçisi Madrid klubu ilə görüşmələrə start verəcək. Fransa yığmasının 26 yaşlı hücumçusunun keçidi 2018-ci ilin yayına planlaşdırılıb. Qrizmannın "Atletiko" ilə 2022-ci ilə qədər müqaviləsi var. 2018-ci ilin yayında onun transfer qiyməti 100 milyon avro olacaq.
Milli komanda mundiala yüksəlsə...
Peru milli komandası DÇ-2018-in final mərhələsinə yüksəlsə, bu hadisə ölkədə bayram kimi qeyd olunacaq. Bu barədə ölkənin Əmək Nazirliyi açıqlama yayıb. Belə ki, bu gecə Yeni Zelandiya ilə qitələrarası pley-offun cavab oyunu uğurlu nəticələnsə, noyabrın 16-sı qeyri-iş günü elan ediləcək. Rəsmi istirahət günü olacaq tarix üçün əmək haqqı da hesablanacaq. Yeni Zelandiya ilə səfər matçında 0:0 hesablı heç-heçə edən perulular mundiala yüksəlmək üçün qalib gəlməlidi. Görüş Bakı vaxtı ilə saat 06:15-də başlayacaq.
"Mançester Yunayted" futbolçuları qəza törətdilər
"Mançester Yunayted"in 2 futbolçusunun avtomobili toqquşub. Lyuk Şounun idarə etdiyi "Range Rover" komanda yoldaşıFil Consun "Bentley"sinə dəyib.
“Qarabağ”ın rəqibi Arda Turanı istəyir
Qışda "Barselona"dan ayrılacağı gözlənilən Arda Turan karyerasını İngiltərədə davam etdirə bilər. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Bu ölkənin "A Spor" telekanalında yayımlanan "Takım oyunu" proqramında İngiltərə Premyer Liqasının son çempionu "Çelsi"nin 30 yaşlı futbolçunun xidmətində maraqlı olduğu açıqlanıb.
Prosineçki: “Hələ heç nə bilmirəm”
Mətbuat yenə öz işindədi. Adımı müxtəlif yığmalarla birgə hallandırırlar. Bu sözləri xorvatiyalı məşqçi Robert Prosineçki deyib. Millimizlə müqaviləsinin müddəti gələn ay başa çatacaq 48 yaşlı çalışdırıcı ölkəsinin mətbuatına müsahibə verib.
Millimizin futbolçusu azarkeşi təhqir edib, söhbətə çağırdı
21 yaşlılardan ibarət yığmamızın və "Neftçi"nin futbolçusu Elnur Cəfərov yenidən gündəmə gəlib. Bəstəboy hücumçu bu dəfə də oyunu ilə yox, özünü apara bilməməyi ilə seçilib. Noyabrın 8-də evdə Almaniyadan alınan 0:7 hesablı yenilgidə 90 dəqiqə meydanda olan Elnur 5 gün ərzinə ikinci dəfə sosial şəbəkədə diqqəti cəlb edib. Fiaskodan bir gün sonra bahalı maşında gülə-gülə şəklini paylaşan millimizin 20 yaşlı "qoçu"su indi də onun çıxışından narazı olan azarkeşi təhqir edərək, söhbətə çağırıb.
Daha 3 futbolçu İtaliya millisindən ayrıldı
Canluici Buffondan sonra İtaliya millisinin daha 3 futbolçusu yığmadakı karyerasını başa vurub. Məlumata görə, onlar Daniele de Rossi, Andrea Barzagli və Corcio Kyellinidir. Sözügedən oyunçular DÇ-2018-in pley-off mərhələsində İsveçlə cavab görüşündən sonra bu qərarı veriblər.
"Neftçi" - "Qəbələ" oyununun vaxtı açıqlandı
Topaz Premyer Liqasında 12-ci turun oyun cədvəli açıqlanıb. Turun görüşləri 3 günü əhatə edəcək. Tura ayın 17-də, "Qarabağ" - "Sumqayıt" görüşü ilə start veriləcək. "Neftçi" - "Qəbələ" qarşılaşması isə turun son oyunu olacaq. Görüş noyabrın 19-da, saat 17:00-da keçiriləcək.
Daha iki məktəbli Avropa çempionatının qalibi olub
Paytaxt məktəbliləri Avropa çempionatında I yeri tutub. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 175 nömrəli tam orta məktəbin VII sinif şagirdi Rəmzi Rəhimli və 7 nömrəli tam orta məktəbin X sinif şagirdi Murad Kərimli Bakı şəhərində keçirilən pençak-silat idmanı üzrə Avropa çempionatında bütün rəqibləri üzərində qələbə qazanıb.
Dünya çempionatının bürünc medalçısı məşq zamanı öldü
Fransalı dağ xizəkçisi David Puasson Kanadada məşq zamanı ölüb. Hadisə Nakiska kurortunda 36 yaşlı idmançının dağdan enməsi zamanı baş verib. D.Puasson yıxılaraq ciddi xəsarət alıb və düynasını dəyişib.














