Milli komanda mundiala yüksəlsə...
Peru milli komandası DÇ-2018-in final mərhələsinə yüksəlsə, bu hadisə ölkədə bayram kimi qeyd olunacaq. Bu barədə ölkənin Əmək Nazirliyi açıqlama yayıb. Belə ki, bu gecə Yeni Zelandiya ilə qitələrarası pley-offun cavab oyunu uğurlu nəticələnsə, noyabrın 16-sı qeyri-iş günü elan ediləcək. Rəsmi istirahət günü olacaq tarix üçün əmək haqqı da hesablanacaq. Yeni Zelandiya ilə səfər matçında 0:0 hesablı heç-heçə edən perulular mundiala yüksəlmək üçün qalib gəlməlidi. Görüş Bakı vaxtı ilə saat 06:15-də başlayacaq.
15 Noyabr 2017 13:26 İdmanPeru milli komandası DÇ-2018-in final mərhələsinə yüksəlsə, bu hadisə ölkədə bayram kimi qeyd olunacaq. Bu barədə ölkənin Əmək Nazirliyi açıqlama yayıb. Belə ki, bu gecə Yeni Zelandiya ilə qitələrarası pley-offun cavab oyunu uğurlu nəticələnsə, noyabrın 16-sı qeyri-iş günü elan ediləcək. Rəsmi istirahət günü olacaq tarix üçün əmək haqqı da hesablanacaq. Yeni Zelandiya ilə səfər matçında 0:0 hesablı heç-heçə edən perulular mundiala yüksəlmək üçün qalib gəlməlidi. Görüş Bakı vaxtı ilə saat 06:15-də başlayacaq.
Qeyd edək ki, Peru sonuncu dəfə 1982-ci ildə dünya çempionatında oynayıb. Apasport.az