İdman
Messi: “Bu dəfə də dünya çempionu ola bilməsək...”
DÇ-2018 mundialın qalibi olmaq üçün Argentina millisinin hazırkı nəslinin son şansıdır. Bunu yığmanın kapitanı Lionel Messi Rusiyada keçiriləcək dünya çempionatındakı şanslarını dəyərləndirərkən deyib. İspaniyanın "Barselona" klubunun hücumçusu bildirib ki, bu dəfə dünya çempionu ola bilməsələr, bir də heç vaxt belə imkan yaxalamayacaqlar.
"Qalatasaray" ikinci yaponiyalı futbolçunu transfer edir
Qış fasiləsində Naqatomonu heyətinə cəlb edən “Qalatasaray” Portuqaliya komandası “Portimonensi”də oynayan yaponiyalı Nakajimanı izləməyə başlayıb. Bu barədə Hollandiya və Portuqaliya mətbuatı iddia ilə çıxış edib.
Millimizin üzvü alman klubundan qovuldu
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov formasını geyindiyi “Ayntraxt” klubundan qovulub. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Xəbərə görə, futbolçunun qovulmasına səbəb intizamsızlığı olub.
"Messi belə oynasa, "Barselona" ÇL-i qazanacaq" - Şevçenko
"Milan"ın əfsanəvi futbolçusu Andrey Şevçenko bu mövsüm Çempionlar Liqasını qazana biləcək komandaların şanslarını dəyərləndirib. Ukraynalı veteran hücumçu "Barselona"nə turnirin favoriti hesab edir. Şevçenkonun fikrincə, hər şey Kataloniya klubunun ulduzu Lionel Messidən asılıdır: "Messi "Çelsi" ilə matçdakı kimi oynamağa davam etsə, "Barselona" ÇL-i qazanacaq. Hazırkı Leo qarşısıalınmazdır. Bunu "Çelsi" ilə matç da sübut etdi".
Poqba üçün yeni klub axtarılır
Pol Poqba yenə də "Mançester Yunayted"də gözləniləni verə bilmir. Media və azarkeşlərin təzyiqinə məruz qalan fransalı yarımmüdafiəçi isə potensialını açmaqda çətinlik çəkir.
"Heç bir rəqibdən qorxmuruq"
Niderland gimnastı Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazanıb
Bakıda idman gimnastika üzrə Dünya Kuboku turnirinə yekun vurulub. Məlumata görə, sonuncu yarışmada - turnikdə hərəkətlərdə Niderland idmançısı Bart Deurlo bütün rəqiblərini qabaqlayıb - 14.700 bal.
Çin gimnastı Bakıda qızıl medal qazandı
Çin gimnastı Hao Venq Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda dəstəli at üzərində hərəkətlərin yekunu üzrə qalib olub. Məlumata görə, o, hakimlərdən 15.100 bal əldə edib. İkinci yeri Taybeydən olan Şih Kay Li (14.766), üçüncü yeri isə yaponiyalı Takaaki Suqino (14.633) tutub.
"O, dünya çempionatına aparılacaq"
Moratanın fiziki hazırlığında problem var idi. Bundan əlavə, çox oyun keçirməmişdi. Amma indi durumu yaxşıdı. Bu sözlər İspaniya yığmasının baş məşqçisi Julen Lopeteqiyə məxsusdu.
“Real”dan qorxmuruq – “Yuventus”
"Sarı gəlin" sədaları altında çıxış edən türkiyəli gimnast medal qazandı
Bakıda gimnastika tirində hərəkətlər üzrə ən yaxşı idmançılar müəyyənləşib
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda gimnastika tirində hərəkətlər üzrə ən yaxşı idmançılar müəyyənləşib. Məlumata görə, ilk iki yeri müvafiq olaraq 13.400 və 12.933 balla Çin təmsilçiləri Huan Luo və Sziyaqi Lyu əldə ediblər.
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun sonuncu yarış günü başladı
Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun sonuncu yarış gününə start verilib. Məlumata görə, final mərhələsinin ikinci günündə gimnastlar ayrı-ayrı alətlər üzrə finallarda öz güclərini sınayaraq medallar uğrunda mübarizə aparırlar.
Daxili İşlər Nazirliyinin əməkdaşı MMA üzrə Avrasiya çempionatında qalib gəlib
Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin yetirməsi Rəşad Vəliyev Gürcüstanın Rustavi şəhərində keçirilən MMA qarışıq döyüş növü üzrə Avrasiya çempionatında qalib gəlib. DİN-in mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan təmsilçisi 90 kiloqramdan artıq çəki dərəcəsində peşəkarların yarışında Avrasiya kəmərinin sahibi olub.














