"O, futbolda əhəmiyyətli rol oynaya bilməz"
21 Mart 2018 14:35 İdman"Barselona"nın sabiq kapitanı Xavi müasir futbolda istedadın mühüm əhəmiyyət kəsb etməsindən danışıb. Veteran futbolçu bunları deyib: "Futbolda həlledci rolu nə oynayır? İstedad. İstedad isə etdiklərini nəzarətdə saxlamaqdır. Çünki təkcə ayaqla yox, başla oynamaq lazımdır. Useyn Bolt xoşuma gəlir, görkəmli idmançıdır. Fiziki baxımdan onunla heç kim müqayisə oluna bilməz. Boltdan sürətli qaçan yoxdur. Amma o, futbolda əhəmiyyətli rol oynaya bilməz". Goal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31