"Bavariya"nın idman direktoru Poçettino ilə görüşüb
21 Mart 2018 17:02 İdman"Bavariya"nın idman direktoru Hasan Salihamidjiç "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino ilə görüşüb. Görüşdə argentinalı mütəxəsisin yayda Münhen klubuna gəlməsi müzakirə olunub. "Bild" nəşrinin məlumatına görə, danışıqlardan hər hansı nəticə gözlənilmir. "Tottenhem" rəhbərliyi Poçettinonu əldən buraxmaq niyyətində deyil.
"Bavariya"nın hazırki çalışdırıcısı Yupp Haynkes mövsümün sonunda postunu tərk edəcək. Klubun idarə heyəti təcrübəli mütəxəsisi qalmaq üçün nə qədər yola gətirməyə çalışsa da, Haynkes qərarından dönməyib. Goal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31