İdman

Şəhriyar Məmmədyarov 11-ci turda da heç-heçə etdi

24 Mart 2018 11:23

Bu gün şahmat üzrə İddiaçılar Turnirinin 11-ci turu keçirilib. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov tur çərçivəsində keçirilən oyunda ABŞ təmsilçisi Uesli So ilə görüşüb. Oyun heç-heçə başa çatıb.

Məşhur futbolçunun 5 yaşlı oğlu öldü

24 Mart 2018 11:22

İspaniya yığmasının sabiq qapıçısı Santyaqo Kanisaresin 5 yaşlı oğlu dünyasını dəyişib. Onun Santi adlı övladı xərçəng xəstəliyindən əziyyət çəkirdi. Aylardı davam edən müalicə Kanisaresin oğlunun həyatda qalmasına kömək etməyib.

Üçüncü dəfə Konqo millidən imtina edib

23 Mart 2018 22:10

"Tuluza" klubunun yarımmüdafiəçisi Janelli İmbula üçüncü dəfə Konqo millisində oynamaqdan imtina edib. 25 yaşlı havbek Fransa millisindən təklif gözləyir. Belçikada anadna olan İmbulanın Fransa pasportu da var. O, hər 3 yığmanın formasını geyinə bilər. Amma futbolçu "xoruzlar"ın şərəfini qorumaq istəyir.

Cengiz Ünder zədələndi

23 Mart 2018 22:03

"Roma"nın hücumçusu Cengiz Ünder Türkiyə millisinin düşərgəsində zədələnib. 20 yaşlı futbolçunun dizində dartılma şakarlanıb. Onun İrlandiya ilə oyunda iştirak etməyəcəyi dəqiqdir. Çernoqoriya ilə matçda (27 mart) da Cengizin meydana çıxması sual altındadır. Ünder son vaxtlar "Roma"da yaxşı çıxışına görə seçilir. Onun komandası Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" ilə qarşılaşacaq. 

"Tottenhem" müdafiəçi ilə maraqlanır

23 Mart 2018 21:08

"Tottenhem" heyətini "Vest Bromviç Albion"un müdafiəçisi Conni Evansla gücləndirmək istəyir. Albion klubu Premyer Liqada yerini qoruya bilməsə, 30 yaşlı futbolçunun müqaviləsində 3 milyon funtluq buraxılış qiyməti aktivləşəcək. Hazırda klub turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb və elitada qalması möcuzəyə bərabərdir. 

Andrea Pirlo İtaliya millisinə qayıda bilər

23 Mart 2018 16:28

İtaliya millisinin sabiq futbolçusu Andrea Pirlo "mavi eskadra"ya qayıda bilər. "Maestro" İtaliya Futbol Federasiyasının nümayəndələri ilə görüşüb. Antonio Konte və ya Karlo Ançelotti millinin sükanı arxasına keçsə, Pirlo məşqçilər korpusuna daxil ediləcək.

"Barselona"nın keçmiş məşqçisi "Çelsi"yə keçir

23 Mart 2018 16:23

"PSJ" futbol klubu "Barselona" klubunun keçmiş baş məşqçisi Luis Enrike ilə danışıqları dayandırıb. Buna səbəb ispaniyalı mütəxəssisin "Çelsi" ilə müqavilə bağlamağa yaxın olduğudur. Mövsümün sonunda Enrikenin London klubunda Antonio Konteni əvəz edəcəyi gözlənilir.

Millimiz Kosovoya uduzdu

23 Mart 2018 04:18

Şəhriyar Məmmədyarov "İddiaçılar Turniri"ndə bu liderlə qarşılaşacaq

22 Mart 2018 10:53

Bu gün Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirində X turun görüşləri keçiriləcək. Azərbaycanın yarışdakı yeganə təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla ABŞ şahmatçısı Fabiano Karuana ilə üz-üzə gələcək. Bu qrossmeysterlər arasında ilk dövrədəki oyunda qalib müəyyənləşməyib. Bütün görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Məşhur futbolçuya 5 il həbs cəzası verilə bilər -  Vergidən yayınıb

22 Mart 2018 09:23

İspaniyalı sabiq futbolçu Xabi Alonso vergidən yayınmaq iddiası ilə məhkəməyə verilib. Onun Madrid “Real”ında forma geyindiyi dövrdə, 2010-2012-ci illər aralığında dövlətdən 2 milyon avro məbləğində vergidən yayındığı bildirilir.