Messi İspaniya ilə oyunu da buraxacaq?

Argentina millisinin kapitanı Lionel Messinin zədəsi hələ də sağalmayıb. Ulduz futbolçu komandasının dünənki məşqini də buraxıb. Əzələsi dartıldığı üçün Argentinanın İtaliyanı 2:0 hesabı ilə məğlub etdiyi görüşdə forma geyinə bilməyən hücumçunun İspaniya yığması ilə matçda da meydana çıxmayacacağı ehtimal olunur. 

Qeyd edək ki, İspaniya - Argentina oyunu martın 27-də keçiriləcək. Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31