İdman
Riberi "Bayern Munchen" və Bundesliqanın tarixinə düşdü
"Bayern Munchen" Bundesliqanın 29-cu turunda "Augsburg"u məğlub etməklə ardıcıl 6-cı dəfə Almaniyanın ən güclüsü olub. Bu, komandanın fransalı yarımmüdafiəçisi Frank Riberi üçün 8-ci Bundesliqa tituludur.
Smollinq: "Mourinyo fasilədə dedi ki..."
İngiltərə Premyer Liqasının 32-ci turu Mançester derbisi ilə əlamətdar olub. "Manchester United"i qəbul edən "Manchester City" bu mövsüm ilk ev məğlubiyyətinə düçar olub. İlk hissədə 2 qol vuran Pep Qvardiolanın komandası bu hesabı qorusaydı, çempionluğu derbidə rəsmiləşdirəcəkdi. Amma 3 qol vuraraq geri dönüş edən "qırmızı şeytanlar" prinsipial rəqibini bu sevincdən məhrum edib.
Messi "Qızıl buts" uğrunda mübarizədə Salaha çatıb - SİYAHI
İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi futbol üzrə ölkə çempionatının 31-ci turunda "Leqanes"in qapısına vurduğu 3 qoldan sonra (3:1) "Qızıl buts" uğrunda mübarizədə "Liverpul"un (İngiltərə) xavbeki Məhəmməd Salaha çatıb.
Poqba: "İcazə verə bilməzdim"
"Manchester City" ilə oyunda dubl edərək "Manchester United"in derbi qələbəsində (3:2) böyük pay sahibi olan Pol Poqba qarşılaşma ilə bağlı təəssüratlarını bölüşüb.
Beker "Roma"dan 5 milyon məvacib istəyir
Avropanın bir sıra aparıcı klublarının maraq dairəsində olan Alisson Beker "Roma" rəhbərliyinə müraciət edib. Braziliyalı qolkiper məvacibinin artırılmasını istəyir. Paytaxt klubu onunla yeni müqavilə imzalmaq üçün bu şərti yerinə yetirməlidir. Yeni anlaşmanın 2021-ci ilə qədər qüvvədə olması nəzərdə tutulur.
Gənc futbolçu dünyasını dəyişdi
David Astoridən sonra növbəti gözlənilməz futbolçu ölümü qeydə alınıb. Fransanın aşağı dəstəsində mübarizə aparan "Le Havre" klubunun müdafiəçisi Samba Diop dünyasını dəyişib.
"Qalatasaray"ın yeni transferi Rusiyadan gələcək
"Qalatasaray" Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Cefferson Frafanı rənglərinə bağlamaq istəyir. 33 yaşlı perulu müddəti mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyib. İddiaya görə Türkiyə nəhəngi Farfana ildə 2,5 milyon avro maaş verməyə hazırdı. Mənbə cənubi amerikalının hələ 3 il öncə "Qalatasaray"a keçməyə yaxın olduğunu da vurğulayıb.
""Mançester Siti" və "Qarabağ"ın təklifindən imtina etdim"
"Fənərbağça"nın qapıçısı Volkan Dəmirəl müxtəlif vaxtlarda imtina elədiyi klubların adlarını açıqlayıb. Türkiyə millisinin keçmiş üzvünün onun təklifini qəbul etmədiyi klublar arasında "Qarabağ" da var.
Messinin yeni hotelində 4 günlük seks partisi təşkil ediləcək
“Barselona”nın argentinalı ulduzu Lionel Messinin İbiza adasındakı yeni aldığı hoteli barədə şok iddia ortaya çıxıb.
DƏHŞƏTLİ QƏZA: 14 idmançı faciəvi şəkildə öldü
Kanadanın “Humboldt Bronkos” xokkey klubunun gənclərdən ibarət komandası Saskaçevan əyalətində faciəvi şəkildə qəzaya düşüb. Klubun avtobusu yük maşını ilə toqquşub. Qəza nəticəsində, avtobusda olan 28 idmançıdan 14-ü həlak olub. Ölənlərin 16-21 yaş arasında olduğu deyilir.
İbrahimoviç: “FİFA məni dayandıra bilməz, istəsəm, millidə olacam”
"Los-Anceles Qelaksi"nin futbolçusu Zlatan İbrahimoviç DÇ-2018-də iştirakına FİFA tərəfindən qadağa qoyulacağına dair xəbərlərə münasibət bildirib.
Təbriz klubu səfərdə qələbə qazandı
Futbol üzrə İran çempionatında 27-ci turun oyunları keçirilir. Cənubi Azərbaycanı təmsil edən "Göstəriş" də növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə "İstiqlal"la qarşılaşıb və çətin qələbəyə sevinib - 2:1.
Dmitri Nazarov: “Bunun meyvələrini toplamağa başlamışıq”
Ardıcıl heç-heçə etdiyimiz oyunlarda qələbəyə yaxın olurduq. Hətta çıxışımızla buna layiq olmadığımızı deyən insanlara baxmayaraq, özümüzə daim güvənmişik. Bu sözləri Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov deyib.
"Keşlə"dən qaçan futbolçu Belarus klubunda
Qış təlim-məşq toplanışı zamanı "Keşlə"də baxışdan keçən ukraynalı futbolçu Anton Postupalenko özünə komanda tapıb. 30 yaşlı yarımmüdafiəçi karyerasını bu ölkədə davam etdirəcək. Belə ki, uzun müddətdi özünə komanda axtaran Ukraynanın gənclər millisinin sabiq üzvü "Torpedo-BelAZ" klubu ilə anlaşıb. O, yeni komandası ilə 1 illik müqavilə imzalayıb.
FİFA-dan sürpriz dəyişikliklər: məşqçilərə sarı kart...
Meydançanı ən yaxın yerdən tərk etmək Yeni qaydaya əsasən əvəz edilən və ya qırmızı kart alaraq meydandan kənarlaşdırılan oyunçuların meydanı hakimin qərarı ilə ən yaxın yerdən tərk edəcək. Bununla da bəzi futbolçuların vaxtı uzatmaq niyyətləri baş tutmayacaq.














