Ronaldo: ""Barcelona" rəhbərliyinə inamım qalmamışdı"

Braziliyanın futbol əfsanəsi Ronaldo "İnter" klubunun rəsmi kanalına maraqlı açıqlama verib. "Sambaçı" 1997-ci ildə "Barcelona"dan getməsinin səbəbindən söhbət açıb.

"Klubla yeni müqavilə imzalamaq üçün danışıqlar aparırdım. Amma razılığa gələ bilmədik. Qərara aldım ki, artıq bu komandada oynamaq istəmirəm. Çünki klub rəhbərliyinə inamım qalmamışdı. "İnter" mənə böyük sınaq təklif etdi. Həmin vaxt A Seriyası dünyanın ən yaxşı liqalarından biri və birmənalı olaraq, ən çətini idi" - 2002-ci ilin dünya çempionu qeyd edib. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31