İdman
Çempionlar Liqasının gedəcək komandaların ADLARI AÇIQLANDI
UEFA böyük liqaların hazırkı vəziyyətinə görə 2018-19 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandaların adlarını açıqlayıb.
Salah: "Çempionlar Liqası "Qızıl buts"dan daha vacibdir"
"Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salah əsas məqsədinin Çempionlar Liqasını qazanmaq olduğunu bildirib. Misirli futbolçu "Qızıl buts"a da meylini gizlətməyib.
Avropa kubokunda 7 medal
Rusiyanın Sankt-Peterburq şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kuboku başa çatıb. Azərbaycan millisi yarışı 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.
Azərbaycan futbolunda NÖVBƏTİ QALMAQAL: Baş məşqçi azarkeşlərlə...
"Zirə" və ""Neftçi" komandaları arasında futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII tur matçında qalmaqal baş verib. Oyunun sonlarında yerli fanatlar meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun istefasını tələb ediblər.
Buffon: "Heç nədən peşman deyiləm"
"Yuventus"un qapıçısı Canluici Buffon Çemionlar Liqasının 1/4 finalında "Real"la oyunda baş verənlər barədə danışıb.
Britaniyalı gimnast Avropa çempionu oldu
Bakıda keçirilən batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında gənclər arasında tamblinq yarışları başa çatıb.
Rusiyalı gimnast: "Avropa çempionatnda mühit çox gözəldir"
Azərbaycan gimnastı Avropa çempionatında 5-ci oldu
Azərbaycan gimnastı Selcan Maqsudova Bakıda keçirilən 26-cı Avropa çempionatında yuniorlar arasında ikili mini-batut yarışında 5-ci olub.
"Yuventus"un qapıçısını meydandan qovan hakim təhdid edilir
Çempionlar Liqasının İtaliyanın "Yuventus" klubu ilə İspaniya "Real Madrid"i arasında 1/4 final mərhələsinin cavab görüşünü idarə etmiş ingiltərəli Maykl Oliver və həyat yoldaşı təhdid edilir.
Azərbaycan gimnastları İlya Qruşinin və Ruslan Ağamirov finala vəsiqə qazandı
Azərbaycanlı gimnastlar İlya Qruşinin və Ruslan Ağamirov finala vəsiqə qazanıb. İlya Qruşinin və Ruslan Ağamirov Bakıda keçirilən sinxron hərəkətlərdə batut gimnastikası üzrə Avropa çempionatının finalına yüksəlib. Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü gününə start verilib.
"Pavol Farkaşı "Qəbələ"yə aldadıb aparmışdım"
Hazırda Slovakiyanın "Nitra" klubunda çıxış edən Pavol Farkaşı "Qəbələ"yə aldadıb aparmışdım. Bunu moldovalı sabiq futbolçu Denis Zmeu "Pro Sport"a açıqlamasında deyib.
4 ilə 24 məşqçi qovdu
Misirin ən məşhur klublarından olan "Zəmələk"də növbəti dəfə məşqçi istefası olub. "Zəmələk"in prezidenti Mortada Mənsur baş məşqçi Ehab Qalalı istefaya göndərib. Qalal 2014-cü ilin aprelindən bəri komandada çalışan 23-cü məşqçi idi. Məhz həmin vaxtdan Mortada "Zəmələk"də prezident kimi fəaliyyətə başlayıb. Komanda Misir çempionatında 3 tur dalbadal məğlub olduqdan və Afrika Konfederasiyalr Kubokunda mübarizəni dayandırdıqdan sonra prezident 24-cü dəfə məşqçi istefasına əl atıb.














