İdman
Rusiyalı idmançı: "Yalnız Azərbaycan gimnastika yarışlarını belə yüksək səviyyədə keçirilə bilər"
Heç kim gimnastika yarışlarını Azərbaycan Gimnastika Federasiyası kimi maraqlı təşkil etmir. Bunu Bakıda Avropa çempionatının batut yarışlarında mübarizə aparan rusiyalı gimnast Dmitri Uşakov deyib. O bildirib ki, Bakıda artıq ənənəvi hal almış yarışları çox bəyənir: "Düşünürəm ki, heç kim yarışları belə maraqlı keçirmir. Burada hər şeyin daha gözəl və əyləncəli olması və turnirdə iştirak üçün şou da vacibdir. Biz Bakıya gələndə əmin idik ki, elə bu cür də olacaq. Çünki azərbaycanlı təşkilatçılar yarışlara necə hazırlaşdıqlarını artıq göstəriblər. Hər şeyə görə və tamaşaçılar üçün belə maraqlı əyləncələrə görə təşəkkürlər!"
Azarkeş: "Bakıda batut gimnastikası və tamblinq üzrə Avropa çempionatının açılış mərasimi möhtəşəm idi"
Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının açılış mərasimi sadəcə möhtəşəm idi. Bunu gimnastika yarışlarının azarkeşi Svetlana Əliyeva deyib. O, hər şeyin çox gözəl təşkil olunduğunu bildirib: "Açılış mərasimi isə sadəcə möhtəşəm idi. Biz hətta mərasimi çəkdik və sosial şəbəkələrdəki səhifələrimizdə kadrları paylaşdıq. Düşünürəm ki, bu mərasim hələ uzun müddət yaddaşlarda qalacaq".
Qarabağ mövqeyini dəyişmədi
UEFA Avroliqanın 1/4 final mərhələsinin oyunlarından sonra növbəti klub reytinqini açıqlayıb. Siyahıda 7 Azərbaycan təmsilçisi də var. Ən yaxşı nəticə Qarabağ-a məxsusdur. Ağdam təmsilçisi 20.500 xalla əvvəlki kimi 73-cü pillədə qərarlaşıb.
Ukrayna gimnastı: "Bakıda keçirilən Avropa çempionatında rəqabət çox yüksəkdir"
"Beşiktaş" əfsanəsini qaytarır
Formula 1 komandaları gələn həftədən Bakıya gəlir
2018-ci il 27-29 aprel tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək komandalar aprelin 23-dən etibarən Bakıya gəlməyə başlayacaqlar. Bunu Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
İlya Qrişunin: "Avropa çempionatında mənim hədəfim fəxri kürsüdə mümkün qədər yüksək yer tutmaqdır"
Bakıda keçirilən Avropa çempionatında mənim fərdi hədəfim fəxri kürsüdə mümkün qədər yüksək yer tutmaqdır. Bunu Azərbaycan gimnastı İlya Qrişunin deyib. O bildirib ki, yarışlara 3 ay hazırlaşıb: "Mənim hədəfim fərdi yarışlarda mümkün qədər yüksək yer tutmaqdır. Mənim üçün bu ilk üçlükdəki yerdir. Ağır olmasına baxmayaraq mən bunu etməyə çalışacağam".
Avropa Liqasında yarımfinalın püşkü atılacaq
İsveçrənin Nyon şəhərində Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçiriləcək. UEFA-nın mənzil-qərargahında saat 14:00-da başlanacaq püşkatma nəticəsində İngiltərənin Arsenal, İspaniyanın Atletico, Fransanın Marseille və Avstriyanın Salzburg komandalarından 2 cütlük formalaşacaq. Bu zaman heç bir komanda səpələnmiş və səpələnməmişlər səbətlərinə bölünməyəcək, istənilən klub digərlərindən birinə rəqib ola biləcək. Adları birinci göstərilən kollektiv ilk oyunu öz meydanında keçirəcək.
Azərbaycanlı gimnast: "Mənim məqsədim Olimpiya çempionu olmaqdır"
Əsas odur ki, mən məşqçinin tapşırıqlarını yerinə yetirdim. Bunu Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında çıxşından sonra Azərbaycan gimnastı Selcan Maqsudova deyib.
Mixail Malkin: "Doğma arenada çıxış etmək həmişə çox məsuliyyətlidir"
Doğma arenada çıxış etmək həmişə çox məsuliyyətlidir. Bunu Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında tamblinq yarışlarında təsnifat çıxışından sonra Azərbaycan gimnastı Mixail Malkin deyib.
Britaniyalı gimnast: "Avropa çempionatındakı mühit mənim xoşuma gəldi"
Hər şey çox yaxşı keçdi, hər şey əladır, mühit mənim xoşuma gəldi. Bunu Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında çıxşından sonra Böyük Britaniya gimnastı Peter Buravitski deyib.
Madrid Realı “geri dönüşə” icazə vermədi
Santiyaqo Bernabeuda doğma azarkeşləri qarşısında Yuventus tərəfindən 3:0 məğlub vəziyyətə düşdüyü zaman artıq bir çoxları Yuventusun yarım final mərhələsinə yüksəldiyini düşünürdü.
Azərbaycan dünya birinciliyində daha bir medal qazandı
Tunisin Hammamet şəhərində taekvondo üzrə gənclər arasında dünya birinciliyi davam edir. “OLAYLAR” GİN-ə istinadən xəbər verir ki, mundialda mübarizə aparan gənc milli yığma komandamızın daha bir üzvü möhtəşəm uğura imza atıb.














