Azərbaycan futbolunda NÖVBƏTİ QALMAQAL: Baş məşqçi azarkeşlərlə...

"Zirə" və ""Neftçi" komandaları arasında futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII tur matçında qalmaqal baş verib. Oyunun sonlarında yerli fanatlar meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun istefasını tələb ediblər.

"Zirə" və ""Neftçi" komandaları arasında futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII tur matçında qalmaqal baş verib.

Oyunun sonlarında yerli fanatlar meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun istefasını tələb ediblər.

Abbasov isə buna sərt reaksiya verib. O, azarkeşlərlə söz davasına çıxıb. Nəticədə baş hakim Rəhim Həsənov Abbasovu texniki zonadan qovub.

Azarkeşlər isə polisin müdaxiləsindən sonra stadionu tərk ediblər. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31