Vladivostok klubu erməni məşqçini istefaya göndərdi

Rusiya çempionatının 1-ci divizionunda mübarizə aparan Luç Energiya baş məşqçi Aleksandr Qriqoryanla yollarını ayırıb.

Rusiya çempionatının 1-ci divizionunda mübarizə aparan Luç Energiya baş məşqçi Aleksandr Qriqoryanla yollarını ayırıb.

Erməni çalışdırıcı komandanın qeyri-qənaətbəxş nəticələrinə görə qovulub. Vladivostok klubu son 8 oyununda cəmi 8 xal toplayıb və Rusiya Kubokunda mübarizəni artıq dayandırıb. Luç Energiya mövsümün qalan oyunlarına Aleksandr Alferovun rəhbərliyi altında çıxacaq. 

Qeyd edək ki, ötən həftə keçirilən Fakel - Luç Energiya (3:1) oyunu zamanı qonaq azarkeşlər Qriqoryana diri xoruz atmışdı. Bunun səbəbi erməni məşqçinin bir müddət öncə onlara "təlxək" deməsi idi. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31