"Beşiktaş"ın ulduzu xərçəng xəstəsi uşağa: "Sənin üçün hər şeyi edərəm, dostum!" - FOTO

"Beşiktaş"ın ulduz futbolçusu Rikardo Quareşma sümük xərçəngindən əziyyət çəkən Yusuf Örüncü adlı uşağa biganə qalmayib.

"Beşiktaş"ın ulduz futbolçusu Rikardo Quareşma sümük xərçəngindən əziyyət çəkən Yusuf Örüncü adlı uşağa biganə qalmayib.

Milli.Az xəbər verir ki, qatı "Beşiktaş" azarkeşi olan 14 yaşı Yusuf xəstəliyinə görə televizordan belə oyunları izləyə bilmirdi. Ən böyük arzusu isə Quareşmaynan görüşmək idi. Örüncünun anası da portuqal ulduzdan dəstək gözlədiklərini vurğulamışdı.

Quareşma isə bu istəyə laqeyd yanaşmayıb. 34 yaşlı ulduz futbolçu Instagram hesabında etdiyi paylaşımda bu sözləri yazıb: "Sənin üçün, səninlə olmaq üçün hər şeyi edərəm, dostum. Güclü ol!". Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31