İdman

Futbolçular Valverdeni saxlamaq istəyirlər

24 Aprel 2018 12:38

"Barselona" futbolçuları rəhbərləliyin narazı olduğu baş məşqçi Ernesto Valverdenin gələn mövsümdə qalmasını istəyiblər. Komandanın aparıcı futbolçuları ÇL-dən kənarlaşmalarına baxmayaraq 54 yaşlı məşqçiyə onun başçılığı altında futbol oynamaq istədiklərini bildiriblər. Bir müddət əvvəl deyilirdi ki, Velvarde La Liqa və İspaniya kubokunu qazansa belə, komandada qala bilməyəcək. Buna görə "Real Madrid"lə oynanacaq matç Valverde üçün həlledici olacaq.

Qalatasarayın ilk transferi

24 Aprel 2018 11:30

Azərbaycan boks millisi Avropa çempionatında 2 medalı təmin edib

23 Aprel 2018 18:09

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında keçirilən Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.   Azərbaycan milli komandasının üzvlərindən ikisi yarımfinala yüksəlib. 

Moldova gimnastı: Bakıda azarkeşlərin dəstəyi möhtəşəmdir

23 Aprel 2018 17:20

Bakı Milli Gimnastika Arenasında azarkeşlərin dəstəyi möhtəşəmdir. Bunu “AGF Junior Trophy”də iştirak edən Moldova gimnastı Yelizaveta Yampolskaya deyib. Gimnast əlavə edib ki, öz çıxışından razı qalıb: “Təkcə topla çıxış edərkən səhv etdim, amma ümumilikdə çıxışdan razıyam. Fikirləşirəm ki, edə biləcəyimi etdim”.

Litvalı məşqçi: "AGF Junior Trophy"nin finalına çıxmağa ümid edirik

23 Aprel 2018 17:14

"AGF Junior Trophy"nin finalına çıxmağa ümid edirik. Bunu  bədii gimnastika üzrə Litvanın gənclərdən ibarət milli komandasının məşqçisi Erika Çipkene deyib.

Finalın adı: "Zadəganlar" və "Qırmızı Şeytanlar"

23 Aprel 2018 12:19

İngiltərə "FA Kuboku" çərçivəsində keçirilən yarımfinal qarşılaşmasında doğma azarkeşləri qarşısında Southamptonu qəbul edən Çelsi klubu, 2:0 hesabı ilə qalib gələrək adını finala yazdırıb. 

İlin ən yaxşısı Məhəmməd Salah

23 Aprel 2018 11:35

Liverpul forması ilə ulduzunu parıldadan misirli futbolçu Məhəmməd Salah İngiltərə Premyer Liqasında 2017-2018-ci il mövsümünün ən yaxşı futbolçusu seçilib. 

Ölkəmiz dünya çempionatında təmsil olunacaq

23 Aprel 2018 09:23

Aprelin 26 -28 tarixlərində Macarıstanın Budapeşt şəhərində Kempo İKF üzrə növbəti 15 - ci Dünya kuboku və Dünya çempionatı keçiriləcək.

Daha bir braziliyalı ulduz karyerasına nöqtə qoydu

22 Aprel 2018 20:56

Braziliyanın "Flamenqo" klubunun formasını geyinən Julio Sezar 38 yaşında futbol karyerasına nöqtə qoyub. O, Braziliya A seriyasında "Atletiko Mineyro" ilə oyunda sonuncu dəfə çərçivəni qoruyub. Öz dövrünün etibarlı qolkiperlərindən olan Julio karyerası ərzində "İnter", KPR (İngiltərə), "Benfika" və "Toronto" kimi klubların şərəfini qoruyub. Milan klubuyla Çempionlar Liqasının, Braziliya millisiylə isə iki dəfə FİFA Konfederasiyalar kubokunun və bir dəfə Amerika kubokunun qalibi olub.

Şəhriyar Məmmədyarov: Sergey Karyakin bütün sirrlərimi bilmir

22 Aprel 2018 19:53

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2018” superturnirinin III turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb. Sergey Karyakin oyunda üstünlük qazanmağın mümkün olmadığını deyib: “Şəhriyarla bir-birimizi çox yaxşı tanıyırıq. Artıq edəcəyi gedişi təxmin edə bilirəm. Ona görə səhvlər olmadı. Sürpriz gözlənilmirdi. Əslində qələbə qazanmağı çox istəyirdim. Sadəcə Şəhriyar buna imkan vermədi”.