Sabiq “Qalatasaray”lı italiyan klubunda

"Qalatasaray"ın sabiq baş məşqçisi İqor Tudorun yeni iş yeri müəyyənləşib.

Xorvat mütəxəssis karyerasını İtaliyada davam etdirəcək.

Belə ki, Tudor "Udineze" ilə anlaşıb. 40 yaşlı məşqçi hazırda Udinedədir və müqavilənin maliyyə detallarını razılaşdırır. 

Qeyd edək ki, "Udineze" hazırda "A" seriyasında 15-ci yeri tutur. Bu nəticə klub rəhbərliyini qane etmədiyindən Massimo Oddo baş məşqçi vəzifəsindən uzaqlaşdırılıb.

Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31