Fransanın futbol əfsanələrindən Anri Mişel öldü

Fransa futbol millisinin keçmiş oyunçusu və məşqçisi Anri Mişel 71 yaşında dünyasını dəyişib. Trend-in məlumatına görə, oyunçu karyerasının böyük hissəsini o, Fransanın "Nante" (1966-1982) komandasında keçirib. Fransa millisində isə onun hesabında 58 parlaq oyun var.

Futbolçu kimi karyerasını bitirdikdən sonra 1982-ci ildən Fransanın gənclərdən ibarət yığmasına məşqçilik edib və 1984-cü ildə Olimpiya Oyunlarının qalibi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31