UEFA-dan “Qəbələ”nin rəqibinə ağır cəza
25 Aprel 2018 11:49 İdmanUEFA "Panatinaikos"ı 3 il müddətinə avrokuboklardan uzaqlaşdırılıb.
Buna səbəb Yunanıstan klubunun maliyyə feyr-pley qaydalarını pozmasıdır. Beləliklə, "Panatinaikos" 2018-19, 2019-20 ve 2020-21 mövsümlərində avrokuboklara vəsiqə qazansa belə, turnirdə iştirak etməyəcək. Klub bundan başqa, 100 min avro cərimə də ödəyəcək.
Qeyd edək ki, "Panatinaikos" Yunanıstan Super Liqasında 28 turdan sonra 35 xalla 8-ci pillədə qərarlaşıb.
Əlavə edək ki, "Panatinaikos" 2015 və 2017-ci illərdə "Qəbələ"nin Avropa Liqasında rəqibi olub. 2015-ci ildə "Qəbələ" "pley-off"da rəqibini üstələyərək Avroliqanın qrupuna düşüb, ötən il isə üçüncü təsnifat mərhələsində yunanlar Roman Qriqorçukun komandasını mübarizədən kənarlaşdırıb.
Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31