Avro-2024-ü keçirməyə ilk namizəd rəsmi
24 Aprel 2018 16:50 İdmanAlmaniya Futbol İttifaqı 2024-cü il Avropa çempionatının final mərhələsinə namizədliyini rəsmən irəli sürüb.
Bu barədə UEFA-nın saytı məlumat yayıb. Almaniya Futbol İttifaqının prezidenti Raynhard Qrindel UEFA-nın mənzil-qərargahında bütün lazımi sənədləri UEFA-nın birinci katibi Teodor Teodoridisə təqdim edib.
Qeyd edək ki, Almaniya AVRO-2024-ü təşkil etmək istəyini hələ ötən ilin martında açıqlamışdı.
Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31