İdman

Sərbəst güləş üzrə respublika birinciliyi keçirilib

26 Aprel 2018 13:19

“Təhsil” Respublika İdman Mərkəzinin sərbəst güləş üzrə respublika birinciliyi keçirilib. “OLAYLAR” xəbər verir ki, birinciliyin keçirilməsində məqsəd uşaq-gənclər arasında sərbəst güləş idman növünü təbliğ etmək, perspektivli güləşçiləri aşkar edib yaş qrupları üzrə yığma komandalara cəlb etmək və idmançılar arasında dostluq əlaqələrini yaratmaqdan ibarət olub.