Hücumçu oyun zamanı qapı xətti üzərindən qol vura bilməyib Video

Argentinanın "Boka Xuniors" klubunun futbolçusu Ramon Abila "Palmeyras"la Libertadores Kubokunun qrup mərhələsinin ev oyununda əlverişli qol imkanını qaçırıb. 

Sağ cinahdan ötürmə alan 29 yaşlı hücumçu qapı xəttinin üzərindən topu tora göndərə bilməyib. Halbuki, həmin vaxt qonaq komandanın qolkiperi Jailsonun ona heç bir maneçilik törətmək imkanı olmayıb. 

Qeyd edək ki, görüş "Palmeyras"ın qələbəsi ilə yekunlaşıb. 

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31