Türkiyə Avro-2024-ə namizəd oldu - rəsmi

Türkiyə Futbol Federasiyası (TFF) 2024-cü il Avropa çempionatının final mərhələsinə namizədliyini rəsmən irəli sürüb.

Qol.az-ın xəbərinə görə, bu barədə UEFA-nın saytı məlumat yayıb. TFF-nin prezidenti Yıldırım Demirören UEFA-nın mənzil-qərargahında  bütün lazımi sənədləri UEFA-nın birinci katibi Teodor Teodoridisə təqdim edib.

Qeyd edək ki, bundan əvvəl Almaniya AVRO-2024-ə namizədliyini irəli sürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31