UEFA "Bavariya"nı cəzalandırır

UEFA İntizam Komitəsi Çempionlar Liqasının yarımfinalında keçirilən "Bavariya" - "Real" oyunu ilə bağlı intizam işi açıb.

Buna səbəb meydan sahibi komandanın azarkeşlərinin matçdan sonra meydana çıxması və tribunada qadağan edilmiş pankart açmasıdır.

Məsələ ilə bağlı qərar mayın 31-i açıqlanacaq.

Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31