"Qırmızı Şeytan" "Barselona"dakı ulduzunu qaytarmaq istəyir
24 Sentyabr 2014 15:00 İdmanBu gün "Mançester Yunayted"də daha bir transfer söz-söhbəti meydana çıxıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "mankunianlar" Xerard Pikeni kluba qaytarmağı düşünürlər. "Qırmızı şeytanlar"ın müdafiədə buraxdığı boşluqlar bu mövqe üçün namizədləri nəzərdən keçirmələrinə səbəb olub. Xatırladaq ki, 27 yaşlı Pike 2004-2008-ci illərdə "Mançester Yunayted"in şərəfini qorumuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31