Korrupsiya qalmaqalına görə FİFA məmurları vergi imtiyazlarından məhrum edildi

İsveçrə hökuməti korrupsiya qalmaqalına görə FİFA məmurlarını vergi imtiyazlarından məhrum edib

İsveçrə hökuməti 2018-ci və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarının ev sahiblərinin seçimində baş vermiş korrupsiya qalmaqalına görə FİFA məmurlarını vergi imtiyazlarından məhrum edib. APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Estado" nəşri məlumat yayıb. 
Qeyd olunan qərar barədə bu gün İsveçrənin ədliyyə naziri Simonetta Sommaruqa açıqlamasında bildirib. "FİFA məmurlarının hesabları ən qəddar diktatorların hesablarına dair olan yanaşma ilə yoxlanılacaq", deyə  isveçrəli deputat Roland Bühel bildirib.
Qeyd edək ki, mətbuatın yazdığına görə, Asiya Futbol Konfederasiyasının keçmiş prezidenti və FİFA-nın İcraiyyə Komitəsinin keçmiş üzvü qətərli Məhəmməd bin Həmmam Qətərin mundiala ev sahibliyi etməsi üçün FİFA məmurlarına 5 milyon dollar rüşvət verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31