Millimizlə oyunöncəsi İtaliya yığmasında ciddi itki
23 Sentyabr 2014 19:20 İdmanİtaliya A Seriyasının 3-cü turunda "Kalyari"ni 2:0 hesabı ilə məğlub edən "Roma" klubu ciddi itkiylə üzləşib. Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, komandanın aparıcı futbolçusu Daniel de Rossi zədələnərək sıradan çıxıb. Əzələsini dartan 31 yaşlı futbolçunun bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. De Rossinin Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Mançester Siti" ilə oyunda forma geyinməyəcəyi dəqiqləşib. Təcrübəli futbolçunun "Avro-2016"nın seçmə mərhələsində millimizlə və Malta ilə görüşləri də buraxacağı ehtimal olunur. Qeyd edək ki, oktyabrın 10-da evdə Azərbaycan millisini qəbul edəcək İtaliya yığması 3 gün sonra Malta ilə qarşılaşacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31