"Bakıda "Mançester Yunayted" futbol məktəbinin açılması..." – Elxan Məmmədov

Bu gün Bakıda "Mançester Yunayted"in futbol məktəbinin açılması münasibətilə tədbir keçirilib. Qol.Az-ın məlumatına görə, "Bayıl Arena"da keçirilən tədbirdə çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov "Mançester Yunayted" məktəbinin açılması ilə bağlı bunları deyib: "Artıq ardıcıl iki il "Mançester Yunayted"in yay futbol məktəbini təşkil etdik. Uğurlu layihə nəticəsində azyaşlı futbolçularımız "Old Trafford"da məşq keçdi. Bu müddətdə Bakıda "Mançester Yunayted"in məktəbinin açılması ilə bağlı müzakirələr aparıldı. Nəhayət, adı çəkilən klubun futbol məktəbinin burada açılması qərara alındı. Bu, Azərbaycan futbolu üçün mühüm hadisədir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31