Qətərdən dünya çempionatı iddialarına cavab

Qətər Təşkilar Komitəsi "DÇ-2022"nin Qətərdə keçirilməcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, komitənin direktoru Nasset el-Khater bu iddiaları təkzib edib. O deyib ki, "DÇ-2022"nın ev sahibliyi Qətərin əlindən alınmayacaq: "Teo Zvanzigerin söylədikləri onun şəxsi fikridir.  FİFA "DÇ-2022"yə ev sahibliyini Qətərdən alınması barədə qərar qəbul etməyib. Mübahisələr ancaq turnirin keçiriləcəyi vaxtla bağlıdır".

Qeyd edək ki, Qətərdə hava həddindən artıq isti olduğu üçün "DÇ-2022"nin qışda keçiriləcəyi gözlənilir. Xatırladaq ki, FİFA İcraiyyə komitəsinin üzvü Teo Zvanziger "DÇ-2022"ə ev sahibliyinin Qətərdən alına biləcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31