FIFA-dan zədəli futbolçularla bağlı qərar
23 Sentyabr 2014 17:05 İdmanFIFA-nın Tibb Komitəsi oyun zamanı futbolçuda beyin silkələnməsi aşkar edildiyi zaman matçda 3 dəqiqəlik fasilə yaradılmasını tövsiyə edir.
Trend-in qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu təklif FIFA-nın Tibb Komitəsində bəyənilib və baxılması üçün İcraiyyə Komitəsinə göndərilib. İcraiyyə Komitəsinin iclası sentyabrın 25-də baş tutacaq. Zədələnmiş oyunçu tibbi heyət və komanda həkimlərinin qərarından sonra meydançaya qayıda bilər. Bu qərar əksər futbolçuların başlarından zədə almalarına baxmayaraq oyunu davam etdirmək istəyinə görə verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31