"Qalatasaray" indi də Prandellini qovub, görün kimi gətirir

"Qalatasaray"da baş məşqçi dəyişikliyi ola bilər. Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Sabah" qəzeti iddia edib ki, cari mövsüm uğursuz çıxışı ilə seçilən İstanbul təmsilçisi baş məşqçi Çezare Prandelli ilə yolları ayırmağa planlaşdırır. Əvəzində isə "Qalatasaray" boş qalmış məşqçi vəzifəsinə "Fənərbağça"nın sabiq çalışdırıcısı Ərsun Yanalı gətirmək istəyir.
Qeyd edək ki, Ə.Yanal bu yay istefa verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31