Venger: "Uelbeki Anri ilə müqayisə etmək çox tezdir"

"Arsenal" klubunun baş məşqçisi Arsen Venger yeni transfer Dani Uelbekin komandanın əfsanəvi futbolçusu Tyeri Anri ilə müqayisə olunmasına münasibət bildirib. Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Sky Sports"a danışan fransalı mütəxəssis bunun hələ çox tez olduğunu deyib: "Anrinin vurduğu qolların sayına baxsanız, Uelbekin onunla müqayisə olunması üçün çox tezdir. Bəli, Uelbekin potensialı var, gələcəkdə onun necə çıxış edəcəyinə baxmaq lazımdır. O, fiziki, psixoloji və texniki cəhətdən komandaya kömək etməyə hazırdır. Anri futbolçular üçün yaxşı örnəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31