"Fariz Məmmədovla döyüş çox çətin olacaq"

2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarına lisenziya verəcək turnirdə Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədovun rəqibi - London Olimpiadasının üçüncüsü, Rusiya idmançısı Andrey Zamkovun məşqçisi Eduard Kravstov boksçumuz haqda fikirlərini bildirib. Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Rusiya mətbuatına deyib ki, F.Məmmədovun peşəkar boksda çox böyük təcrübəsi var: "Ona görə də Andrey Zamkova onunla görüşdə çətin olacaq. Bundan başqa, Fariz Məmmədovla döyüş Bakıda olacaq. Bu mənada boksçumu çətin və ciddi görüş gözləyir".

Qeyd edək ki, AİBA-nın Olimpiya lisenziyalı ilk turnirinin ilk döyüşü gələn ay Bakıda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31