"Barselona" 2 ulduzundan məhrum oldu

"Barselona" İspaniya La Liqasında "Malaqa" ilə matça ciddi itkilərlə çıxacaq. Milli.Az qol.az-a istinadən xəbər verir ki, Neymar və Rakitiçin zədə səbəbindən sözügedən qarşılaşmada iştirak etməyəcəkləri bildirilib. Hər iki futbolçunun müalicəsinə başlanıldığı açıqlanıb.

Qeyd edək ki, Neymar və Rakitiç ölkə çempionatında son oynanılan "Levante" ilə görüşdə (5:0) hərəyə bir dəfə fərqləniblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31