Antonio Kassano millimizə qarşı oynamayacaq

"Parma" klubunun hücumçusu Antonio Kassano İtaliya millisindəki karyerasını başa vurub. Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə futbolçunun özü açıqlamasında deyib. "Düşünürəm ki, artıq İtaliya yığmasında oynamayacam", - deyə 32 yaşlı futbolçu bildirib.

Qeyd edək ki, İtaliya millisi "Avro-2016"nın seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda mübarizə aparır. Millimizin İtaliya ilə ilk görüşü bu il oktyabrın 10-da Palermo şəhərində keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31