Futbolu gülməli edən iki matç VIDEO

“The Corner” həftənin ən maraqlı oyunlarını təqdim edib

Futbol oyununda çox qəribə hadisələr baş verib.ANS PRESS-in məlumatlna görə, "Euronews" telekanalının "The corner" verilişinin həftə ərzində baş verən oyunlardan verdiyi iki gülməli kadr təsvvürlədən belə kənardır.Birinci gülməli oyun həftə ərzində Qazaxstanda baş verib. Burada "Ekibaztuz" və "Almatı" oyununda stadionun içində süni göl əmələ gəlir. Lakin oyunun hakimi bunun futbola mane olmayacağına qərar verdiyindən təkidlə oyunçulara oyunu bütün qaydaları ilə davam etdirib. Bu şəraitdə oynanan futbola isə özünüz qiymət verin.Qeyd edək ki, oyun zamanı maraqlı faktlardan da biri də suçəkən maşının stadionun içində gölməçəni yox etməyə çalışması olub.İkinci maraqları cəlb edən oyun isə Almaniyada baş verib.Maqdeburqda yerli komandanın azarkeşləri maraqlı aksiyaya imza atıblar. Azarkeşlər futbolun bəzəyi olan qolun olmamasından darıxaraq oyunçulara qapının yerini göstərməyə qərar veriblər. Çoxlu ox işarələrinin köməyi ilə fanatlar topu və oyunçuları izləməyə başlayıblar. Lakin yığılanların istəyinin əksinə olaraq Maqdeburq yenə də bu oyundan qalib çıxa bilmir.ANS PRESS hər iki oyundan kadrlar verən verilişi təqdim edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31