"Bavariya"lı futbolçuların zədələnməsində FİFA və UEFA günahkardr"

"Bavariya" klubunun idarə heyətinin rəhbəri Karl-Haynz Rummeniqe maraqlı fikirləri ilə diqqət çəkib. Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Sport1"ə danışan Rummeniqe komandasında zədəli futbolçuların sayının artmasının məhz milli oyunların çoxluğu ilə əlaqələndirib. Klub rəsmisi milli komandaların oyunlarının sayının azaldılması ilə bağlı FİFA və UEFA-ya səslənib: "Futbolçuların millidəki yüklənmələri artıq çoxdan həddi aşıb. Burada FİFA və UEFA günahkardır. Hər iki qurum tezliklə bu məsələyə yenidən baxmalıdır. Biz futbolu oyunçuların naminə təkmilləşdirməliyik və yüklənməyə son qoymalıyıq. Lakin bu, kəmiyyət yox, keyfiyyət hesabına edilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31